...

Deputat: Azərbaycan-Çin əməkdaşlıq münasibətləri yüksək səviyyədə formalaşıb

Siyasət Materials 16 Sentyabr 2019 17:52 (UTC +04:00)
Son 20 ildə Çin Xalq Respublikası ilə Azərbaycan arasında da siyasi, iqtisadi, ticarət, enerji, mədəniyyət, kənd təsərrüfatı, turizm, təhsil kimi sahələrdə əməkdaşlıq münasibətləri yüksək səviyyədə formalaşıb. Trend-in məlumatına görə, bunu Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Naqif Həmzəyev deyib.
Deputat: Azərbaycan-Çin əməkdaşlıq münasibətləri yüksək səviyyədə formalaşıb

Bakı. Elçin Mehdiyev – Trend:

Son 20 ildə Çin Xalq Respublikası ilə Azərbaycan arasında da siyasi, iqtisadi, ticarət, enerji, mədəniyyət, kənd təsərrüfatı, turizm, təhsil kimi sahələrdə əməkdaşlıq münasibətləri yüksək səviyyədə formalaşıb. Trend-in məlumatına görə, bunu Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Naqif Həmzəyev deyib.

Deputat bildirib ki, 1994-cü ildə ümummilli lider Heydər Əliyev Çinə uğurlu səfərindən sonra iki ölkə arasında ikitərəfli münasibətlər daha da möhkəmlənib, əlaqələrimiz uğurla inkişaf edib: “Coğrafi baxımdan biri-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, Azərbaycan və Çin dövlət başçılarının siyasi iradəsi və dostluq münasibətləri ölkələrimiz arasında qarşılıqlı əlaqələrin inkişafına hər zaman əlverişli zəmin yaradıb”.

N.Həmzəyev vurğulayıb ki, 2015-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Çinə dövlət səfəri hər iki ölkə arasındakı əlaqələrin inkişafında yeni mərhələnin əsasını qoydu: “Dövlət başçıları arasında aparılan danışıqlar, imzalanan sənədlər, o cümlədən dostluq münasibətlərinin, əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi haqqında Birgə Bəyannamə, “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu ölkələrimiz arasında əməkdaşlığın daha da möhkəmlənməsinə təkan olub”.

Deputat qeyd edib ki, Çinin Cənubi Qafqazda əsas ticarət tərəfdaşı olan Azərbaycanla bu ölkə arasında siyasi, iqtisadi, enerji, mədəniyyət, turizm, təhsil kimi sahələr üzrə əlaqələrinin daha da genişləndirilməsində müsbət dinamika müşahidə olunur:

“Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında 20 ildir ki, səmimi dostluq, etibarlı tərəfdaşlıq əməkdaşlıq əlaqələri movcuddur. Bu illər ərzində iki partiya arasında sıx təmaslar qurulub, qarşılıqlı səfərlər həyata keçirilib, təcrübə mübadiləsi aparılıb.

Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında əlaqələrin 20 illiyi münasibəti ilə YAP-ın nümayəndə heyəti sentyabrın 11-də Çin Xalq Respublikasına səfər etdi. İşgüzar səfər çərçivəsində keçirilən görüşlər, konfranslar Azərbaycan ilə Çin, eləcə də YAP ilə ÇKP arasında əlaqələrin yüksək səviyyədə olmasının daha bir təsdiqi oldu”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti