...

Xarici İşlər naziri Elmar Məmmədyarov xorvatiyalı həmkarı ilə görüşüb (FOTO)

Siyasət Materials 25 Sentyabr 2019 21:46 (UTC +04:00)
Elmar Məmmədyarov BMT Baş Assambleyasının 74-cü sessiyasında iştirakı çərçivəsində Xorvatiyanın Xarici İşlər naziri Qordan Qrliç Radman ilə görüşüb
Xarici İşlər naziri Elmar Məmmədyarov xorvatiyalı həmkarı ilə görüşüb (FOTO)

Bakı. Trend:

Xarici İşlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 74-cü sessiyasında iştirakı çərçivəsində Xorvatiyanın Xarici İşlər naziri Qordan Qrliç Radman ilə görüşüb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Elmar Məmmədyarov xorvatiyalı həmkarını Xarici İşlər naziri təyinatı ilə bağlı təbrik edib.

Tərəflər Azərbaycan-Xorvatiya əlaqələrinin cari vəziyyəti, o cümlədən iqtisadiyyat, turizm, enerji, mədəniyyət və humanitar sahədə əməkdaşlığa dair fikir mübadiləsi aparıblar. İki ölkə arasında siyasi dialoqun mövcud səviyyəsindən məmnunluq ifadə olunub.

Ölkələr arasında qarşılıqlı yüksək səviyyəli səfərlərin ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb və nazir həmkarını Azərbaycana səfər etməyə dəvət edib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə etdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti