...

BMT-nin qida hüququ üzrə xüsusi məruzəçisi Azərbaycana səfər edəcək

Siyasət Materials 26 Sentyabr 2019 13:06 (UTC +04:00)
BMT-nin insan hüquqları eksperti qida hüququnu qiymətləndirmək üçün səfər edəcək
BMT-nin qida hüququ üzrə xüsusi məruzəçisi Azərbaycana səfər edəcək

Bakı. Elçin Mehdiyev - Trend:

BMT-nin qida hüququ üzrə xüsusi məruzəçisi Hilal Elver qida hüququnun təmin edilməsində hökumətin göstərdiyi səylərini araşdırmaq məqsədilə 1 – 11 oktyabr 2019-cu il tarixlərində Azərbaycana fakt araşdırıcı səfərini həyata keçirəcək.

Trend-in məlumatına görə, H.Elver bildirib ki, səfərin məqsədi münasib təcrübəni, eləcə də çətinlikləri müəyyən etmək məqsədilə konstruktiv müzakirələr aparmaq və hökumətə, digər dairələrə faydalı tövsiyələri verməkdən ibarətdir.

Bu, qida hüququ üzrə müstəqil ekspertin ölkəyə ilk səfəridir. Xüsusi məruzəçi Bakıya, Qubaya və Gəncəyə səfər edəcək. O, hökumət rəsmiləri, Ombudsman, BMT sistemin nümayəndələri, beynəlxalq donor icması, vətəndaş cəmiyyəti təşkilatları və digər icmalarla görüşlər keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti