...

Azərbaycanla Ukrayna arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Siyasət Materials 5 Noyabr 2019 18:21 (UTC +04:00)
Xarici İşlər naziri Elmar Məmmədyarov Ukrayna Xarici İşlər naziri ilə görüşüb.
Azərbaycanla Ukrayna arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Bakı. Trend:

Avropa İttifaqının Şərq Tərəfdaşlığının 10 illik yubileyi münasibətilə üzv ölkələrinin xarici işlər nazirlərinin Stokholmda keçirilən görüşü çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov Ukrayna Xarici Işlər naziri Vadim Pristayko ilə görüşüb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, XİN rəhbərləri iki ölkə arasında ikitərəfli münasibətlərin hazırkı durumu, əməkdaşlığın cari inkişaf səviyyəsi və perspektivləri barəsində fikir mübadiləsi aparıblar.

Görüş zamanı ölkələrimiz arasında bir çox sahələrdə, o cümlədən iqtisadi, ticarət, nəqliyyat və digər sahələrdə mövcud olan əməkdaşlıq yüksək qiymətləndirildi. Bölgədə həyata keçirilən strateji layihələr barədə fikir mübadiləsi aparıldı.

Tərəflər Azərbaycan və Ukraynanın müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq perspektivlərini müzakirə etdilər və bu istiqamətdə birgə səylərin davam etdirilməsinə dair razılıq ifadə edildi.

Sonda E.Məmmədyarov həmkarını Azərbaycana səfər etməyə dəvət etdi.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələləri müzakirə etdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti