...

Səməd Qurbanov: Azərbaycan və Rusiya İşgüzar Şuraları arasında əməkdaşlıq yeni səviyyəyə yüksəlib

Siyasət Materials 22 Noyabr 2019 18:31 (UTC +04:00)
Rusiya-Azərbaycan regional forumu ikitərəfli münasibətlərin möhkəmlənməsi, hökumətlər və biznes nümayəndələrinin regional işgüzar əlaqələri üçün səmərəli və uzunmüddətli məkandır
Səməd Qurbanov: Azərbaycan və Rusiya İşgüzar Şuraları arasında əməkdaşlıq yeni səviyyəyə yüksəlib

Moskva. Artyom Sokolov - Trend:

Rusiya-Azərbaycan regional forumu ikitərəfli münasibətlərin möhkəmlənməsi, hökumətlər və biznes nümayəndələrinin regional işgüzar əlaqələri üçün səmərəli və uzunmüddətli məkandır.

Trend-in məlumatına görə, bunu Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə heyətinin sədri Səməd Qurbanov Moskvada X Rusiya-Azərbaycan regionlararası forumunda deyib.

O xatırladıb ki, ötən il Bakıda keçirilmiş Rusiya-Azərbaycan forumunda prezidentlər İlham Əliyev və Vladimir Putin iştirak edib:

“Bu il Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın, Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun forumda iştirakı bu beynəlxalq tədbirin böyük əhəmiyyətinin təsdiqidir. Forumun başlıca məqsədi Rusiya və Azərbaycan rəhbərləri tərəfindən təyin olunmuş strateji hədəflərə nail olmaq üçün mexanizmlərin hazırlanmasıdır. Bugünkü gün ölkələrimiz arasında ticarət dövriyyəsinin və ticari-iqtisadi münasibətlərin müsbət artım dinamikası müşahidə olunur. Azərbaycan Cənubi Qafqaz regionunda Rusiyanın başlıca ticarət tərəfdaşıdır. 2019-cu ilin ilk doqquz ayı ərzində Rusiyanın regionda ticarət dövriyyəsinin 45 faizi Azərbaycanın payına düşüb. Öz növbəsində Rusiya Azərbaycanın qeyri-neft ixracında birinci yerdədir. Ölkələr arasında ticarət və xidmət, informasiya texnologiyaları sahələri stabil inkişaf edir. Eyni zamanda bu sahələrdə reallaşdırılmamış potensial mövcuddur və bu məsələlərə böyük diqqət ayırmaq lazımdır”.

Onun sözlərinə görə, Azərbaycan və Rusiya İşgüzar Şuraları arasında əməkdaşlıq yeni səviyyəyə yüksəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti