...

Məzahir Pənahov məntəqə seçki komissiyalarının üzvlərinə müraciət etdi

Siyasət Materials 24 Yanvar 2020 15:39 (UTC +04:00)
Azərbaycanda fevralın 9-da keçiriləcək Milli Məclisə seçkilərin Seçki Məcəlləsinin tələbinə uyğun hazırlanıb azad, ədalətli və şəffaf keçirilməsi üçün Mərkəzi Seçki Komissiyası tərəfindən lazımi tədbirlər görülür.
Məzahir Pənahov məntəqə seçki komissiyalarının üzvlərinə müraciət etdi

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda fevralın 9-da keçiriləcək Milli Məclisə seçkilərin Seçki Məcəlləsinin tələbinə uyğun hazırlanaraq azad, ədalətli və şəffaf keçirilməsi üçün Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən lazımi tədbirlər görülür.

Trend-in məlumatına görə, bunu MSK-nın sədri Məzahir Pənahov deyib.

M.Pənahov bildirib ki, vətəndaşlarımızın aktiv və passiv seçki hüquqlarının reallaşdırılması ilə bağlı bütün addımlar MSK tərəfindən hazırlanıb təsdiq edilən Təqvim Planı əsasında ardıcıl, sistemli və keyfiyyətlə atılır: "Aşağı seçki komissiyalarının üzvləri də daxil olmaqla müxtəlif statuslu seçki subyeklərinin maarifləndirilməsi, seçicilərin məlumatlandırılması və onların konstitusion hüquqlarının azad və sərbəst şəkildə reallaşdırılmasına şəraitin yaradılması baxımından nəzərdə tutulan bütün layihələr uğurla gerçəkləşdirilir".

MSK sədri vurğulayıb ki, Milli Məclisə seçkilərin yüksək səviyyədə təşkil olunub keçirilməsində məntəqə seçki komissiyaları böyük məsuliyyət daşıyır: "Məntəqə seçki komissiyalarının üzvləri vəzifələrinin öhdəsindən peşəkarlıqla gəlməklə vətəndaşlarımızın seçki hüquqlarının qorunması, seçici siyahılarının dəqiqləşdirilməsi və seçicilərin həmin siyahılarla tanış edilməsi, seçki məntəqələrinin səsvermə gününə tam hazır olması, seçicilərin azad və sərbəst səs vermələrinin təşkili, səslərin hesablanması və səsvermənin nəticələri haqqında rəsmi protokolların qüsursuz tərtib edilərək dərhal dairə seçki komissiyalarına gətirilməsi kimi mühüm vəzifələri qanunvericiliyin tələblərinə uyğun yerinə yetirməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti