...

Binəqədi ikinci seçki dairəsinin məntəqələrində səsvermənin şəffaf keçirilməsi üçün hər cür şərait yaradılıb

Siyasət Materials 9 Fevral 2020 10:25 (UTC +04:00)
Doqquz saylı Binəqədi ikinci seçki dairəsi 37 seçki məntəqəsini əhatə edir.
Binəqədi ikinci seçki dairəsinin məntəqələrində səsvermənin şəffaf keçirilməsi üçün hər cür şərait yaradılıb

Bakı. Trend:

Doqquz saylı Binəqədi ikinci seçki dairəsi 37 seçki məntəqəsini əhatə edir. Məntəqələrdə seçicilərin sərbəst səs vermələri üçün hər cür şərait yaradılıb.

Dairə Seçki Komissiyasının sədri Həsən Bayramov Trend-ə bildirib ki, səhər saat 8-dən qanunvericiliyin tələbinə uyğun olaraq məntəqələr açılıb və fəaliyyətə başlayıb. Məntəqələrin açılışında beynəlxalq və yerli müşahidəçilər də iştirak edib.

9 saylı Binəqədi ikinci seçki dairəsi Bakı şəhərinin iri seçki dairələrindən olmaqla əsasən fərdi evlərin yerləşdiyi Xutor, Rəsulzadə qəsəbəsini və 9-cu mikrorayonun bir hissəsini əhatə edir. 49 min 542 seçicinin 77 nəfəri ilk dəfə səs verən gənclərdir. Dairədə 80-100 yaşlı seçicilərin sayı 930 nəfərə yaxındır. İki seçicinin yaşı isə 100-dən yuxarıdır.

Məntəqələr bütün zəruri avadanlıqla təmin edilib, səsvermənin şəffaf keçirilməsi üçün hər cür şərait yaradılıb. Dairənin 10 məntəqəsində veb-kamera işləyir. Həmçinin 31 məntəqədə əlil arabası ilə hərəkət edən seçicilər üçün panduslar quraşdırılıb.

Səhər saatları olmasına baxmayaraq, seçicilərin fəallığı müşahidə olunur. Məntəqələrdə seçkinin bütün prosedurlarına riayət olunur. İndiyədək dairəyə hər hansı qanun pozuntusu ilə əlaqədar müraciət daxil olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti