...

Cənub bölgəsinin seçiciləri Milli Məclisə seçkilərdə yüksək əhval-ruhiyyə ilə iştirak edirlər

Siyasət Materials 9 Fevral 2020 10:12 (UTC +04:00)
Cənub bölgəsinin seçiciləri fevralın 9-da Milli Məclisə keçirilən seçkilərdə yüksək əhval-ruhiyyə ilə iştirak edirlər.
Cənub bölgəsinin seçiciləri Milli Məclisə seçkilərdə yüksək əhval-ruhiyyə ilə iştirak edirlər

Bakı. Trend:

Cənub bölgəsinin seçiciləri fevralın 9-da Milli Məclisə keçirilən seçkilərdə yüksək əhval-ruhiyyə ilə iştirak edirlər.

Trend bildirir ki, 77 saylı Astara seçki dairəsinin ərazisində yerləşən 1 və 2 nömrəli şəhər seçki məntəqələrindəki vəziyyət buna bir daha sübutdur.

Səsverməyə gələn seçiciləri seçki məntəqəsinin qarşısında dayanmış məntəqə seçki komissiyasının üzvü qarşılayaraq seçicilərin sol baş barmağını ultra-bənövşəyi rəngli fanarla yoxladıqdan sonra onları içəri buraxırdı.

Səsvermənin gedişini ATƏT-in nümayəndələri də müşahidə edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti