...

MDB müşahidəçiləri: Azərbaycanda seçki institutu ən yüksək şəkildə formalaşıb

Siyasət Materials 9 Fevral 2020 11:50 (UTC +04:00)
Səbail rayonunda yerləşən məntəqələrdə seçici fəallığı müşahidə olunur.
MDB müşahidəçiləri: Azərbaycanda seçki institutu ən yüksək şəkildə formalaşıb

Bakı. Trend:

Səbail rayonunda yerləşən məntəqələrdə seçici fəallığı müşahidə olunur.

Trend xəbər verir ki, 29 saylı Səbail seçki dairəsinin 2 saylı seçki məntəqəsində səsvermənin gedişini xarici müşahidəçilər də izləyirlər.

MDB Parlamentlərarası Assambleyası Şurasının baş katibi Dmitri Kobitski və digər müşahidəçilər bildiriblər ki, Azərbaycanda aparılan islahatların parlamentdə də davam etdirilməsi demokratik addımdır. Onlar parlament seçkilərinin şəffaflıq şəraitində keçirildiyini bildiriblər. Həmçinin seçkiöncəsi təbliğat-təşviqat prosesinin də yüksək fəallıqla aparıldığını qeyd ediblər.

Müşahidəçilər vurğulayıblar ki, seçici fəallığı və yüksək seçki kampaniyası bir daha göstərir ki, Azərbaycanda mövcud olan və daha da inkişaf etdirilən seçki institutu ən yüksək şəkildə formalaşıb.

Qeyd edәk ki, bu gün Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilir.

Seçkilərdə 1314 nəfər namizəd qeydiyyata alınıb. Namizədlərdən 246 nəfəri 19 siyasi partiyanın təmsilçisidir, 1057 nəfəri fərdi qaydada namizədliyini irəli sürüb, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Namizədlərin 21 faizi qadınlar, 79 faizi isə kişilərdir.

Seçki günü ərzində Azərbaycanda 125 dairə üzrə 5573 daimi seçki məntəqəsi fəaliyyət göstərəcək.

Səsvermədə 5 milyon 329 min 460 seçici iştirak edəcək. 573 məntəqədə 340 689 məcburi köçkün səs verəcək.

Seçkilərin gedişini 883 beynəlxalq və 77790 yerli müşahidəçi izləyəcək. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləridir. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti