...

ATƏT müşahidəçisi: Seçkidə neqativ hal qeydə alınmayıb (FOTO)

Siyasət Materials 9 Fevral 2020 16:51 (UTC +04:00)

Bakı. Trend:

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) nümayəndələri 81 saylı Beyləqan seçki dairəsinin 4 saylı seçki məntəqəsində seçkiləri müşahidə ediblər.

Trend-in məlumatına əsasən, ATƏT DTİHB müşahidəçisi Halogh Nora seçki prosesində neqativ halın qeydə alınmadığını bildirib: “Hər şey yaxşıdır, neqativ hal qeydə alınmayıb. Hər şey qaydasındadır”.

Qurumun digər müşahidəçisi Pavel Kuznatsov da seçicilərin aktivliyinin normal olduğunu deyib.

Qeyd edək ki, 81 saylı Beyləqan DSK-nın əhatə etdiyi 39 seçki məntəqəsində 37 min 137 seçicinin səs verməsi nəzərdə tutulur. Səsvermənin gedişini 541 müşahidəçi izləyir. Dairə üzrə 10 nəfər namizəd deputatlıq uğrunda mübarizə aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti