...

Azərbaycanda keçirilən parlament seçkiləri yüksək səviyyədə təşkil olunub - Belaruslu deputatlar

Siyasət Materials 9 Fevral 2020 21:18 (UTC +04:00)
Azərbaycanda keçirilən parlament seçkiləri yüksək səviyyədə təşkil olunub.
Azərbaycanda keçirilən parlament seçkiləri yüksək səviyyədə təşkil olunub - Belaruslu deputatlar

Bakı. Samir Əli -Trend:

Azərbaycanda keçirilən parlament seçkiləri yüksək səviyyədə təşkil olunub.

Trend-in məlumatına görə, bunu seçkilərdə müşahidəçi qismində iştirak edən Belarusdan olan deputatlar Aleksandr Markeviç və Sergey Raçkov konfransda çıxışlarında deyiblər.

A.Markeviç seçki məntəqələrində qaydaların yüksək səviyyədə təşkil olunduğunu bildirib:

“Müşahidə etdiyimiz məntəqələrdə qayda pozuntusuna rast gəlmədik. Hər kəs tək-tək öz seçimlərini etmək üçün məntəqələrə gəlmişdilər. Necə deyərlər “toplu səsvermə” olmayıb.

Biz öz gözlərimizlə komissiyanın nə qədər ciddi işlədiyini gördük. Bu da onu göstərir ki, hər şey şəffaf şəkildə təşkil olunub. Keçirilən seçkilərdən çox müsbət təəssüratlarla ayrıldıq”.

Digər müşahidəçi S.Raçkov isə seçkilərin peşəkar şəkildə təşkil olunduğunu qeyd edib:

“Partiyaların nümayəndələri çox aktiv idi. Seçicilər də öz namizədlərini seçmək üçün məntəqələrə gəlirdilər. Demək olar ki, 12-yə yaxın seçki məntəqəsində müşahidə apardıq. Biz heç bir qanun pozuntusu qeydə almamışıq.

Yerli müşahidəçilər və vətəndaşlarla söhbət etdik. Onlar Belarusda seçkilərin necə keçirildiyini soruşdular. Mən Azərbaycan xalqını keçirilən seçkilərlə bağlı təbrik edirəm”.

Qeyd edәk ki, bu gün Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilib.

Seçkilərdə 1314 nəfər namizəd iştirak edib. Namizədlərdən 246 nəfəri 19 siyasi partiyanın təmsilçisidir, 1057 nəfəri fərdi qaydada namizədliyini irəli sürüb, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Seçki günü ərzində Azərbaycanda 125 dairə üzrə 5426 daimi seçki məntəqəsi fəaliyyət göstərib.

Seçkilərin gedişini 883 beynəlxalq və 77 790 yerli müşahidəçi izləyib. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləridir. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti