...

Seçkilərlə bağlı sosial şəbəkələrdə yayılanlar çox ciddi şəkildə araşdırılacaq - MSK sədri

Siyasət Materials 10 Fevral 2020 02:08 (UTC +04:00)
Heç kimin Azərbaycanda parlament seçkilərinin üzərinə kölgə salmaq haqqı yoxdur
Seçkilərlə bağlı sosial şəbəkələrdə yayılanlar çox ciddi şəkildə araşdırılacaq - MSK sədri

Bakı. Elçin Mehdiyev - Trend:

Parlament seçkiləri ilə bağlı sosial şəbəkələrdə olan bütün məqamlar çox ciddi şəkildə araşdırılacaq.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

M.Pənahov bildirib ki, kimdəsə hanısa fakt varsa, gecikdirmədən MSK-ya təqdim etsin: “Mən söz verirəm ki, addımlarımız çox ciddi olacaq. Heç kimin Azərbaycanda parlament seçkilərinin üzərinə kölgə salmaq haqqı yoxdur”.

Qeyd edәk ki, fevralın 9-da Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilib.

Seçkilərdə 1314 nəfər namizəd iştirak edib. Namizədlərdən 246 nəfəri 19 siyasi partiyanın təmsilçisidir, 1057 nəfəri fərdi qaydada namizədliyini irəli sürüb, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Seçki günü ərzində Azərbaycanda 125 dairə üzrə 5426 daimi seçki məntəqəsi fəaliyyət göstərib.

Seçkilərin gedişini 883 beynəlxalq və 77 790 yerli müşahidəçi izləyib. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləridir. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti