...

MSK daha 11 seçki məntəqəsində səsvermənin nəticələrini ləğv etdi

Siyasət Materials 20 Fevral 2020 17:54 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi ilə bağlı müraciətə baxılıb.
MSK daha 11 seçki məntəqəsində səsvermənin nəticələrini ləğv etdi

Bakı. Elçin Mehdiyev – Trend:

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi ilə bağlı müraciətə baxılıb.

Trend-in məlumatına görə, müraciətdə həmin dairə üzrə bir sıra seçki məntəqələrində seçki prosesinin pozulduğu qeyd edilib.

MSK üzvü Tofiq Həsənov qeyd edib ki, araşdırmalar zamanı bir sıra seçki məntəqələrində səsvermənin pozulması halları öz təsdiqini tapıb.

O bildirib ki, 1, 10, 13, 32, 36, 37, 38, 39, 40, 55, 59-cu məntəqələrdə səsvermənin nəticələrinin ləğv edilməsi üçün hüquqi əsaslar yaranıb. O, həmin məntəqələr üzrə səsvermənin nəticələrinin əsassız sayılmasını təklif edib.

Təklif səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, həmin dairə üzrə lider namizəd İmamverdi İsmayılovdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti