Bakı. Trend:
Polşanın Azərbaycandakı səfirliyinin Konsulluq şöbəsi viza almaq üçün sənəd qəbulunu müvəqqəti dayandıracaq.
Səfirlikdən Trend-ə verilən məlumata görə, bu addım COVID-19 koronavirusu ilə bağlı təhlükəli vəziyyətə görə atılıb.
Sənəd qəbulu martın 16-dan 29-dək həyata keçirilməyəcək.
Məlumata əsasən, Konsulluq və Polşa Diaspor Şöbəsi bildirir ki, konsulun qərarı ilə şengen vizası üçün müraciətlər yalnız təcili və əsaslandırılmış hallarda qəbul olunacaq.