...

Ekspertlər: Ermənistan Azərbaycanın hərbi gücünə çata bilməyəcək

Siyasət Materials 19 Mart 2020 12:42 (UTC +04:00)
Yerevan sadəcə öz oyununu aparır, onun real müqavilələr üçün pulu yoxdur
Ekspertlər: Ermənistan Azərbaycanın hərbi gücünə çata bilməyəcək

Bakı. Hüseyn Səfərov - Trend:

Yerevan sadəcə öz oyununu aparır, onun real müqavilələr üçün pulu yoxdur.

Bunu Trend-ə rusiyalı ekspert Yevgeni Mixaylov Ermənistanın Serbiya ilə hərbi sənayedə mümkün əməkdaşlığı barədə fikirləri şərh edərkən deyib.

O bildirib ki, hələlik heç bir hərbi-texniki əməkdaşlıq barədə söhbət getmir:

“Bakı bir çox ölkələrdən silah alır və Azərbaycan ordusu Ermənistan ordusundan qat-qat güclüdür. Bir sözlə, Ermənistan Azərbaycanın hərbi gücünə çata bilməyəcək. Serbiya ən müasir müdafiə texnikası hazırlama imkanlarına malik deyil. Serbiya Ermənistana, məsələn, atıcılıq silahları tədarük etsə belə, qüvvə dəyişikliyi baş verməyəcək”.

Öz növbəsində ukraynalı siyasi analitik Oleq Xaviç Belqradla Yerevan arasındakı mümkün hərbi əməkdaşlığa şübhə ilə yanaşdığını deyib:

“Serbiya müasir silah və texnika istehsal etmir, Ermənistan kimi Rusiyadan alır. Ona görə də bu sahədə yeganə perspektiv olaraq erməni hərbçilərin Serbiya-Rusiya birgə təlimlərində iştirakını, eləcə də Ermənistan ordusunun Serbiya poliqonlarının istifadəsini hesab edirəm”.

Rusiya Elmlər Akademiyasının Slavyanşünaslıq İnstitutunun elmi işçisi Georgi Engelhardtın sözlərinə görə, Bakı 10 ildən çoxdur ki, Balkanlarda, o cümlədən Serbiyada mövcudluğunu fəallaşdırır və təsadüfi deyil ki, Belqradın mərkəzində Azərbaycanın ümummilli lideri Heydər Əliyevə abidə ucaldılıb.

Ermənistanla Serbiya arasında hərbi əməkdaşlıq məsələsindən danışan ekspert əlavə edib ki, söhbət silahlanmanın müəyyən elementlərindən (radarlar və s.) gedə bilər, çünki Serbiya özü silahı iri istehsalçılardan alır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti