Bakı. Trend:
Koronavirusun yayılması təhlükəsi səbəbi ilə İsveçrənin Azərbaycandakı səfirliyi Şengen, o cümlədən İsveçrə üçün milli vizaların verilməsini 15 iyun 2020-ci ilədək dayandırıb.
Trend-in məlumatına görə, bu barədə diplomatik nümayəndəliyin Mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, yuxarıda göstərilən tarixdən əvvəl viza üçün sənədlərin qəbulu yalnız müstəsna vəziyyətlərdə həyata keçiriləcək.