...

Musa Quliyev: Xüsusi karantin rejimi dövründə görülən işlər əhalinin məşğulluğunun qorunmasına hesablanıb

Siyasət Materials 17 Aprel 2020 15:49 (UTC +04:00)
Musa Quliyev: Xüsusi karantin rejimi dövründə görülən işlər əhalinin məşğulluğunun qorunmasına hesablanıb

Bakı. İlhamə İsabalayeva- Trend:

Azərbaycanda koronavirusla mübarizədə xüsusi karantin rejimi dövründə görülən işlər əhalinin məşğulluğunun qorunmasına hesablanıb. Azərbaycanın koronavirusa qarşı uğurlu mübarizə aparmasının səbəbi Prezident İlham Əliyevin apardığı siyasətdir.

Bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev çıxış edib.

Komitə sədri vurğulayıb ki, məhz bu tədbirlər nəticəsində 910 min nəfərdən çox dövlət büdcə təşkilatlarında, 700 minə yaxın özəl sektorda çalışan işçinin əməkhaqlarının dövlət vəsaiti hesabına saxlanılması təmin olundu:

"Başqa sözlə, bir nəfər də olsa, ixtisar edilmədi. Eyni zamanda, 300 min kiçik sahibkarın öz şəxsi biznesini idarəetməsi üçün dövlət təminatları yaradıldı".

M.Quliyev deyib ki, Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üzrə yaranmış 200 milyon manat ehtiyatı əhaliyə sosial ödənişlərin davamlılığının təmin edilməsinə yönəldilib. Bu ödənişləri (pensiya, müavinət təqaüd və s.) 2,3 milyon şəxs alır.

Ölkədə karantin dövründə görülən digər sosial tədbirlərdən də danışan MM üzvü əlavə edib ki, xüsusi karantin rejimi müddətində aztəminatlı ailələrinin sosial müdafiəsinin təmin olunması məqsədilə ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti bitən aztəminatlı ailələrə də bu yardımın verilməsi karantin rejimi başa çatdığı tarixdən sonrakı ayın 1-dək uzadılıb. Bunun üçün əlavə olaraq, 3 milyon manat ayrılıb:

"Bununla yanaşı, işsiz statusu olan şəxsə karantin müddəti dövründə aylıq 190 manat məbləğində birdəfəlik vəsaitlər ödəniləcək. Artıq bu müavinətlərin xeyli hissəsi insanlara ödənilib. Bununla yanaşı, 50 min ictimai iş yerinin yaradılması hesabına işsiz insanlar 250 manat maaş almaqla öz sosial təminatlarını gücləndirə biləcəklər".

M.Quliyev karantin dövründə sosial müavinətlərin, pensiyaların vaxtında verilməsini və bu ödənişlərin alınması üçün bankomatlardan faizlərin tutulmamasını da mühüm amil kimi dəyərləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti