...

Jalə Əhmədova: Azərbaycan pandemiyadan əziyyət çəkən vətəndaşların problemlərini həll edərək sosial dövlət olduğunu bir daha sübut etdi

Siyasət Materials 20 Aprel 2020 10:21 (UTC +04:00)
Jalə Əhmədova: Azərbaycan pandemiyadan əziyyət çəkən vətəndaşların problemlərini həll edərək sosial dövlət olduğunu bir daha sübut etdi

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan pandemiyadan əziyyət çəkən vətəndaşların problemlərini həll edərək sosial dövlət olduğunu bir daha sübut etdi.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Jalə Əhmədova deyib.

J.Əhmədova bildirib ki, bu məqsədlə böyük məbləğdə vəsait ayrılıb, o cümlədən 600 mindən çox insan dövlət tərəfindən dəstəklə təmin edilir:

“Cənab Prezident İlham Əliyev aprelin 17-də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirilən iclasda sosial paketin genişlənəcəyini və daha çox insanı əhatə edəcəyini diqqətə çatdırdı".

Deputat qeyd edib ki, pandemiyanın yaratdığı çətin dövrdə belə işsizlərlə bağlı problemlər öz həllini tapır:

"İlkin mərhələdə 200 min insanın dövlətdən 190 manat yardım alacağı nəzərdə tutulurdusa, indi bu rəqəm 600 minə çatdırılıb və artıq 230 min işsiz üçün birdəfəlik ödəmə təmin edilib. Bundan əlavə, 1 milyon 629 min işçinin, o cümlədən dövlət sektoru üzrə 910 min, özəl sektor üzrə 719 min işçinin əməkhaqqı saxlanmaqla məşğulluğu təmin edilib.

Bununla yanaşı, son aylar ərzində ünvanlı sosial yardım alan insanların sayı artırılıb. İndi 80 min ailənin 330 min üzvü ünvanlı sosial yardım proqramı ilə əhatə olunur. Xüsusi karantin rejimi müddətində ünvanlı dövlət sosial yardımının təyinolunma müddəti bitən aztəminatlı ailələrə də bu yardımın verilməsi karantin rejimi başa çatdığı tarixdən sonrakı ayın 1-dək uzadılıb və bunun üçün əlavə 3 milyon manat ayrılıb. Koronavirusla bağlı ümumi dəstək paketi 2,5 milyard manat nəzərdə tutulurdu. Prezident İlham Əliyevin əlavə tədbirlərlə bağlı verdiyi tapşırıqlar nəticəsində bu məbləğ 3,5 milyard manatdan artıq dəyərləndirilir. Bundan əlavə, koronavirusla mübarizə sahəsində lazımi avadanlıqların, ləvazimatların alınması üçün Prezidentin ehtiyat fondundan 97 milyon manat ayrılıb, hələ 150 milyon manatın ayrılması da nəzərdə tutulur”.

Millət vəkili vurğulayıb ki, Prezident İlham Əliyevin uzaqgörən və müdrik siyasəti sayəsində həm siyasi, iqtisadi, həm də sosial məsələlərin həlli istiqamətində elə bir vəziyyət yaranıb ki, Azərbaycan heç kimdən asılı deyil:

“Bu vəziyyətdən şərəflə çıxmaq bir daha göstərəcək ki, bütün addımlar düşünülmüş addımlardır və xalqın, dövlətin maraqlarına uyğundur”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti