...

Nəsib Məhəməliyev: Pandemiyadan əziyyət çəkən biznes strukturları, sahibkarlıq subyektlərinə dövlət tərəfindən mühüm dəstək göstərilir

Siyasət Materials 21 Aprel 2020 15:43 (UTC +04:00)
Nəsib Məhəməliyev: Pandemiyadan əziyyət çəkən biznes strukturları, sahibkarlıq subyektlərinə dövlət tərəfindən mühüm dəstək göstərilir

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda koronavirus pandemiyasının ölkə iqtisadiyyatına və əhalinin sosial rifahına təsirinin qarşısının alınması istiqamətində görülən tədbirlər mövcud vəziyyətə adekvatdır və insanlarımız tərəfindən yüksək qiymətləndirilir. Pandemiyadan əziyyət çəkən biznes strukturları, sahibkarlıq subyektlərinə dövlət tərəfindən mühüm dəstək göstərilir.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

N.Məhəməliyev bildirib ki, Prezident İlham Əliyev aprelin 17-də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirilən iclasda görülən tədbirlərin genişləndiriləcəyini bəyan etdi:

“Artıq biz bu tədbirlərin həyata keçdiyinin şahidiyik. İlkin mərhələdə 200 min işsiz insana 190 manat vəsaitin verilməsi nəzərdə tutulurdu. Lakin daxil olan müraciətlərin sayını nəzərə alaraq, cənab Prezident bu rəqəmin 600 minə çatdırılması ilə bağlı tapşırıq verdi və artıq 230 mindən çox insan bu vəsaiti alıb. Bu, aztəminatlı və iş yerini müvəqqəti itirmiş insanlara dövlət qayğısının birbaşa nümunəsidir.

İlkin olaraq koronavirusla bağlı ümumi dəstək paketi 2,5 milyard manat nəzərdə tutulurdu, lakin həmin iclasda cənab Prezident əlavə tapşırıqlar nəticəsində bu rəqəmin 3 milyard manat təşkil etdiyini və vəziyyətdən asılı olaraq 3,5 milyard manatı keçə biləcəyini bəyan etdi”.

Deputat əlavə edib ki, pandemiyadan əziyyət çəkən biznes strukturları, sahibkarlıq subyektlərinə də dövlət tərəfindən mühüm dəstək göstərilir, maliyyə yardımı edilir:

“Bundan əlavə, ümumilikdə 1 milyon 629 min işçinin, o cümlədən dövlət sektoru üzrə 910 min, özəl sektor üzrə 719 min işçinin əməkhaqqı saxlanmaqla məşğulluğu təmin edilib.

Görülən bu tədbirlər nəticəsində ölkədə karantin rejimi dövründə insanların normal yaşaması üçün hər bir şərait yaradılıb. Bu da bilavasitə cənab Prezidentin insanların sağlamlığına və rifahına göstərdiyi diqqət və qayğının daha bir bariz nümunəsidir. Bu istiqamətdə sistemli olaraq iş aparılır. Bütün görülən işlər Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. Bu yaxınlarda keçirilən sorğuda da əhalinin cənab Prezidentə inamı ifadə olundu. Sorğu zamanı Azərbaycan vətəndaşlarının 94.7 faizinin cənab Prezident İlham Əliyevə etibar etdiyi müəyyən olundu”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti