...

Hikmət Babaoğlu: Azərbaycanda korrupsiyaya qarşı mübarizədə ali siyasi iradə və qətiyyət mövcuddur

Siyasət Materials 4 May 2020 22:44 (UTC +04:00)
Korrupsiya və rüşvətxorluqla mübarizədə ictimai qınaq ən səmərəli çəkindirici vasitələrdəndir
Hikmət Babaoğlu: Azərbaycanda korrupsiyaya qarşı mübarizədə ali siyasi iradə və qətiyyət mövcuddur

Bakı. Elçin Mehdiyev – Trend:

Korrupsiyaya qarşı mübarizədə əsas silah əzm, iradə, ardıcllıq və qətiyyətdir. Hazırda Azərbaycanda bu mübarizədə daha səmərəli nəticələr əldə etmək üçün ali siyasi iradə və qətiyyət mövcuddur.

Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, Prezidentin əzmkarlığı, qətiyyəti və ardıcıl mübarizə tədbirləri ölkəmizdə korrupsiya və rüşvətin sonunu gətirməkdədir:

“Son bir neçə ayda Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilən operativ əməliyyat tədbirləri sadəcə qanun pozuntusuna yol vermiş aşağı və orta ranqlı məmurların cəzalandırılması hadisəsi deyil, həm də başqalarının nəticə çıxarmalı olduğu yaxşı bir dərsdir. Hamı dərk etməlidir ki, istənilən qanun pozuntusu mütləq təsbit ediləcək və layiqli şəkildə cəzalandırılacaq. Ancaq bu hələ məsələnin yalnız bir tərəfidir. Sadəcə inzibati metodlarla yaxud yuxarıdan aşağı tətbiq edilən şaquli tədbirlərlə korrupsiya və rüşvətxorluğa qarşı qısa müddətdə arzu olunan nəticə əldə etmək bir qədər çətindir. Mübarizəni daha effektiv etmək üçün mütləq ictimai qınaq və ictimai dəstək kimi mühüm faktorlar da korrupsiyaya qarşı mübarizədə işrirakçıya çevrilməlidir. Ona görə də Prezident İlham Əliyev vaxtaşırı bu məsələyə toxunaraq ictimai nəzarət və ictimai qınaq faktorlarını xatırladır.

Burada məqsəd korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə kütləviliyi və ümumi ictimai mənafelər naminə mübarizliyi təmin etməkdir. Çünki ictimai nəzarət yol verilən qanun pozuntularının aşkar edilməsində əlavə informasiya mənbəyi kimi çıxış etməklə müvafiq orqanları faydalı məlumatlarla təmin edə bilər. İctimai qınaq isə ən səmərəli çəkindirici vasitələrdən biridir. Ona görə də korrupsiya və rüşvətxorluq kimi ümumi bəlaya qarşı kütləvi şəkildə mübarizə aparmaq üçün mütləq ictimai qınaq və ictimai dəstək kimi faktorlar da prosesin tərkib hissəsinə çevrilməlidir. Belə olarsa, daha tez və daha yaxşı nəticələri qısa müddətdə əldə edə bilərik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti