Səfir: Aparıcı Fransa şirkətləri Azərbaycanda işləməyi hədəfləyir

Səfir: Aparıcı Fransa şirkətləri Azərbaycanda işləməyi hədəfləyir

Bakı. Ləman Zeynalova - Trend:

Fransa ilə Azərbaycan arasında əməkdaşlıq bir çox istiqamətlər üzrə yüksək səviyyədədir. Son bir neçə il ərzində Avropa İttifaqının dəstəyi ilə fransalı ekspertlər Azərbaycanda iqtisadi və sosial islahatların həyata keçirilməsində köməklik göstəriblər. Bu, icbari tibbi sığorta, pensiya islahatının təmin olunması, qadınların işdə hüquq və imkanlarının genişləndirilməsi, məhdud imkanlı insanların sosial inteqrasiyası və suyun təmizlənməsi üzrə milli strategiyanın hazırlanmasını əhatə edir.

Bunları Trend BİA-ya özəl müsahibəsində Fransanın Azərbaycandakı səfiri Zakari Qross deyib.

Azərbaycanla Fransa arasında əməkdaşlığın indiki statusu

Səfir bildirib ki, Fransa İnkişaf Agentliyi (AFD) Azərbaycan dəmir yollarının modernləşdirilməsinin dəstəklənməsi üçün mühüm maliyyə paketləri və ekspert yardımı təqdim edir. Fransa və Azərbaycan, həmçinin kosmik sahədə əməkdaşlıq edirlər.

Diplomat qeyd edib ki, “Alstom”, “Thales”, “Schneider-Electric”, “Suez”, “Technip”, “Total”, “Lafarge-Holcim” kimi şirkətlər Azərbaycanda güclü mövqelərə malikdir:

“Aparıcı Fransa şirkətləri Azərbaycanda işləməyi hədəfləyir. Şübhə yoxdur ki, onlar Azərbaycanda vətəndaşların və istehlakçıların rifahı və təhlükəsizliyinə xidmət göstərə, suyun və havanın təmizlənməsi, bərk tullantıların utilizasiyası, keyfiyyətli tikinti, ekoloji təmiz enerji, şəhərlər və nəqliyyatın dayanıqlı inkişafı üzrə ən yaxşı standartları tətbiq edə bilərlər. AFD xətti ilə Fransa, həmçinin bu cür layihələrin reallaşdırılması üçün vasitələr və ekspert bilikləri təqdim etməyə hazırdır”.

Z.Qrossun sözlərinə görə, indiki neft böhranı ərəfəsində Azərbaycan üçün öz iqtisadiyyatını şaxələndirmək, bank sektorunda islahat keçirmək, eləcə də kiçik və orta müəssisələri inkişaf etdirmək olduqca vacibdir.

Pandemiya ikitərəfli münasibətlərə necə təsir göstərir?

Səfir vurğulayıb ki, Fransanın Bakıdakı səfirliyi, eləcə də Azərbaycanın Parisdəki səfirliyi bütün böhran boyunca öz işini davam etdirdi.

Z.Qross qeyd edib ki, Prezident Administrasiyasında dəyişikliklərdən, yeni hökumətin formalaşmasından və parlament seçkilərindən sonra Azərbaycan siyasi inkişafın yeni mərhələsinə qədəm qoyub:

“Ümid edirəm ki, bizim əldə edəcəyimiz ən vacib nailiyyətlərdən biri Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında Tərəfdaşlıq Sazişinin hazırlanması olacaq. Post-pandemiya dövründə biz Aİ ilə Azərbaycan arasında daha geniş tərəfdaşlıq münasibətlərinə ehtiyac duyacağıq. Ona görə də bu saziş lazımi vaxta təsadüf edir”.

Energetika sahəsində əməkdaşlıq

Səfir bildirib ki, 2021-ci ildə iqtisadiyyatın bərpası gözlənilir: “Əlbəttə ki, energetika artımın strateji aktivi olaraq qalacaq. Mən əminəm ki, Azərbaycanın həm də Avropanın aparıcı enerji tərəfdaşı qismində parlaq gələcəyi var. Hesab edirəm ki, “Total” gələcəkdə Azərbaycana iri məbləğdə vəsait qoymağa hazırdır. Sual ondadır ki, SOCAR “Total” ilə mövcud tərəfdaşlığı genişləndirmək və birgə kapital yerləşdirmək istəyir, yoxsa bunu müstəqil şəkildə edə biləcək?”.

Z.Qrossun sözlərinə görə, Azərbaycan külək və günəş enerjisi sahəsində böyük potensiala malikdir: “Bunun üçün bərpa olunan enerji mənbələrinin inkişafı strategiyası, müvafiq qanunvericilik, elektrik şəbəkələrinə investisiyalar və bu sahədə böyük təcrübəyə malik beynəlxalq tərəfdaşlar lazımdır”.

Fransalı səfir əlavə edib ki, Fransanın “Total-Eren” və “Lucia-Quadran” kimi şirkətləri Azərbaycana investisiya qoymağa maraq göstərib.

İkitərəfli ticarət dövriyyəsinin dinamikası

Səfir vurğulayıb ki, 2019-cu ildə Fransa ilə Azərbaycan arasında ticarət dövriyyəsi 750 milyon avroya çataraq əvvəlki illə müqayisədə 22 faiz artıb:

“Azərbaycan Fransaya 606 milyon avro məbləğində neft ixrac edib, Fransa öz növbəsində Azərbaycana 143 milyon avro məbləğində sənaye məhsulları, xüsusilə də mexaniki, elektron və elektrik avadanlıqları, kimyəvi məhsullar və kosmetika ixrac edib. Beləliklə, Fransanın Azərbaycanla 460 milyon avrodan çox ticarət kəsiri var. Ümid edirəm ki, bu fərqi azaltmaq mümüknü olacaq”.

Birgə fəaliyyətin perspektiv istiqamətləri

Z.Qrossun sözlərinə görə, ikitərəfli münasibətlərdə siyasi dialoqun, mədəni və işgüzar əlaqələrin möhkəmləndirilməsi, kənd təsərrüfatında əməkdaşlığın genişləndirilməsi vacibdir:

“Mən, həmçinin akademik əməkdaşlığın dərinləşdirilməsini təmin etmək istərdim. Bu kontekstdə Azərbaycan-Fransa Universiteti (UFAZ) uğurlu fəaliyyət aparır. Hər il, orta hesabla, Fransa səfirliyi gənc azərbaycanlılara Fransada magistr təhsili üçün 15 qrant ayırır. Bu il biz, həmçinin aspirantlar üçün iki qrant ayırmışıq. “Total” və səfirlik arasında saziş imzalanıb və bu saziş əsasında UFAZ və digər universitetlərin ən yaxşı tələbələrinə 10 qrant ayrılacaq. Bundan başqa, “Eiffel French”in əlavə 6 dövlət qrantı müsabiqə əsasında istedadlı azərbaycanlı tələbələrə təqdim olunub. Mən, həmçinin Azərbaycan məktəb və universitetlərində yeni fransız dili müəllimlərinin yetişməsinə kömək etmək istərdim”.

Dağlıq Qarabağ münaqişəsi barədə

Səfir vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar pandemiyaya baxmayaraq dayanmayıb:

“Son görüş aprelin 21-də onlayn rejimdə Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında, ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə keçirildi. Bu görüşdə məzmunlu müzakirələr aparıldı. Görüşün yekununda qəbul edilən birgə bəyannamədə qeyd olunduğu kimi, nazirlər və həmsədrlər sıx ünsiyyəti dəstəkləmək və danışıqlar prosesini tezliklə davam etdirmək barədə razılıq əldə ediblər”.

Z.Qross onu da xatırladıb ki, həmsədrlər BMT Baş katibinin 23 mart tarixli səhiyyə böhranı fonunda qlobal atəşkəs tədbirləri barədə çağırışına diqqət yönəldiblər.

NASA mütəxəssisləri Aya uçuş üçün raket mühərriklərinin atəş sınaqlarını keçiriblər
NASA mütəxəssisləri Aya uçuş üçün raket mühərriklərinin atəş sınaqlarını keçiriblər
İndoneziyada baş verən bir sıra zəlzələ nəticəsində ölənlərin sayı 56-ya çatıb
İndoneziyada baş verən bir sıra zəlzələ nəticəsində ölənlərin sayı 56-ya çatıb
2021-ci ilin martına qədər koronavirus qurbanlarının sayı 5 milyonu keçə bilər - Alimlər xəbərdarlıq edib
2021-ci ilin martına qədər koronavirus qurbanlarının sayı 5 milyonu keçə bilər - Alimlər xəbərdarlıq edib
Loading Bars
Xəbər lenti
TDƏŞ-in nümayəndə heyəti Ağdama səfər edib (FOTO)
Dünyada sutka ərzində koronavirusdan 13 minə yaxın insan ölüb
Marginallar bu tarixi imtahanda da xalqımızın yanında ola bilmədilər - Deputat
Naxçıvan koridorunun regionda yaratdığı perspekivlər - Postblokada dövründə yeni inkişaf mərhələsi
SOCAR istiqrazları sahiblərinə növbəti dəfə $1.25 milyon dollarlıq gəlir gətirəcək
Əfqanıstanda güclü zəlzələ baş verib
Henri Deqlan Qran-Pri turnirində güləşçilərimiz 5 medal qazanıblar
Qubada ikimərtəbəli ev yanıb
NASA mütəxəssisləri Aya uçuş üçün raket mühərriklərinin atəş sınaqlarını keçiriblər
İndoneziyada baş verən bir sıra zəlzələ nəticəsində ölənlərin sayı 56-ya çatıb
2021-ci ilin martına qədər koronavirus qurbanlarının sayı 5 milyonu keçə bilər - Alimlər xəbərdarlıq edib
Avstriya sərt karantin müddətini 24 yanvardan 7 fevral tarixinə qədər uzadacaq
Argentinada koronavirusun "Britaniya" ştammına ilk yoluxma hali aşkar edilib
Danimarkada "Cənubi Afrika" ştammına ilk yoluxma faktı qeydə alınıb
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 688 mindən çox artıb
Türkiyədə son sutkada koronavirusdan 8 005 nəfər sağalıb
Suraxanıda tikili yanıb
Fransada etiraz aksiyasında 12 polis xəsarət alıb (ƏLAVƏ OLUNUB)
Filippin Hava Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb
Azərbaycanın ictimai həyatında gənclərin iştirakı
Hirkan Milli Parkında baş verən yanğın lokallaşdırıldı
Azərbaycanda COVID-19 əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası təsdiq edilib
Britaniyada son sutkada koronavirusdan 1295 nəfər ölüb
Zabratda qamışlıq ərazidə baş verən yanğın söndürülüb
Türkiyənin vitse-prezidenti COVID-19-a qarşı peyvənd olunub
Dövlət Yol Polisi: Müvafiq icazəsi olmayan şəxslər keçid postlarından buraxılmayacaqlar
Heydər Əliyev məktəbinin, İlham Əliyev idarəçiliyinin yetişdirdiyi gənclər bizə Zəfər yaşatdı - Deputat
Gimnastlarımız “Fəxri idman ustası” adına layiq görüldü
Prezidentin köməkçisi Hikmət Hacıyev Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin iclasında iştirak edib (FOTO)
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib
Göyçay rayonunda ev yanıb
Şamaxı rayonunda yaşıllıqların sahəsi daha da genişləndirilir (FOTO)
Hirkan Milli Parkında baş vermiş yanğının bir istiqamətdə söndürülməsi təmin edilib (VİDEO)
Ötən il Azərbaycanın neft məhsulları ixracı artıb
Azərbaycanda 650 nəfər COVID-19-dan sağalıb, 402 nəfər yoluxub, 15 nəfər vəfat edib
Bu gün Bakıda 554 küçə dezinfeksiya edilib (FOTO)
Mingəçevirdən Bakıya sərnişin daşıyan sürücü həbs edilib (FOTO)
Ağdam rayonunun Şelli kəndi (FOTO/VİDEO)
Azərbaycanın Ermənistana qarşı dövlətlərarası ərizəsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə göndərilib
“Azərlotereya” Türkiyənin “YMT Sans B.V.” şirkətinə müqavilə əsasında idarəetməyə verilib - SƏRƏNCAM
BŞİH və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib (FOTO)
Kəlbəcər qəbiristanlığında 27 ildən sonra azan səslənib (VİDEO)
Çində 5 gün ərzində xəstəxana tikilib
Postlardan keçməyə cəhd göstərən 1751 nəqliyyat vasitəsi geri qaytarılıb - STATİSTİKA
İranda 96 nəfər koronavirusdan ölüb
İsmayıllı sakinlərindən 4 ədəd odlu silah götürülüb (FOTO)
Prezident İlham Əliyev dünyaya mesaj verdi ki, Azərbaycan həmişə bəşəri dəyərlərə qiymət verən humanist bir dövlətdir - Tamam Cəfərova
Bu il aktiv məşğulluq və sosial müdafiə proqramları daha da genişlənəcək
Bakının hansı rayonunda koronavirus daha çox yayılıb?
Prezidentin tarixi zəfəri: Bir zamanlar düşmənlərin “Yallı” getdiyi Cıdır düzünə artıq öz sahibləri qayıdıb
Azərbaycanda koronavirusa yoluxmanın ən çox qeydə alındığı bölgələr
Köçkünlərin azad edilən ərazilərimizə qayıdışı 3 mərhələdə ola bilər - İqtisadçı
Azercell-in Mobil Göz və Mobil Diş Klinikaları 2020-ci il ərzində yüzlərlə insana təmənnasız tibbi xidmət göstərib! (FOTO)
Gürcüstanda hakim partiyanın yeni sədri seçilib
Moskva hava limanlarında onlarla reys təxirə salınıb
Yol polisindən qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Şuşa şəhəri elektrik enerjisi ilə təchiz edilib (VİDEO)
Səfərbərlikdən tərxis edilmiş şəxslərin müraciətlərinə baxılması üzrə komissiya 1700-dən artıq müraciətə baxıb (FOTO)
Biləsuvarda su kanalında qadın batıb
Şuşa əməliyyatı aparıcı beynəlxalq hərbi məktəblərin dərsliklərinə salınacaq - Vüqar Rəhimzadə
Ermənilər Qarabağda Azərbaycan mədəniyyətinin izlərini silməyə çalışırdılar - Deputat
Bu yollarda karantin postları fəaliyyətini davam etdirəcək - DYP
Bu ərazilərdə karantin postları ləğv edilir - Baş DYP
Gəncədə yaşayış yerini tərk edən COVID-19 xəstələrinə cinayət işi açılıb
Füzuli rayonunun Mirzəcamallı kəndi (FOTO/VİDEO)
54 şəhid ailəsi üzvü tibbi müayinədən keçirildi (FOTO)
Sabahın hava proqnozu açıqlanıb
Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə qanvermə aksiyası keçirilib (FOTO)
Bakıda qar yağacaq, yollar buz bağlayacaq
“BakuBus”un rəhbəri vəzifəsindən azad edilib
Azərbaycan nefti ucuzlaşır
TAP iki ildən bir bazar sınaqları keçirəcək - İcraçı direktor
Rusiyada koronavirusdan ölənlərin sayı 65 mini keçib
Azərbaycanda qaz sayğaclarının uzaqdan oxunmasına start verilib (FOTO)
Karantin rejimi ilə bağlı hansı qərarlar dəyişdi? - Qısa İZAH
Azad olunan ərazilərdə tütünçülüyün inkişafı müzakirə edilib (FOTO)
Azad olunmuş ərazilərimizdə yeni yolların, aeroportların tikilməsi böyük qayıdış üçün vacib prioritetlərdəndir - Deputat
Karantinə getməmək üçün yalnız vaksinasiya yetərli deyil - TƏBİB-dən çağırış
Reza Deqati Fransa kanalında Şuşanın tarixindən, erməni vəhşiliklərindən danışıb (FOTO/VİDEO)
Polis Yardımlıda əməliyyat keçirdi, keçmiş məhkumdan külli miqdarda narkotik aşkarlandı
Hindistanda dünyanın ən kütləvi peyvəndləməsi başlayıb
Məktəblərlə bağlı gələn həftə qərar veriləcək
Hər bir vətəndaşın vaksinasiyada aktiv iştirakı vacibdir – Şahmar Mövsümov
Vaksinasiyadan sonra da qorunma tədbirlərinə ciddi əməl etməliyik - TƏBİB
Kəlbəcər rayonunun Hacıkənd kəndi (FOTO/VİDEO)
Vaksin seçimində əsas meyar təhlükəsiz və effektlivliyidir - Səhiyyə Nazirliyi
Fevralın 1-dən 65 yaşdan yuxarı vətəndaşların vaksinasiyasına başlanılacaq
Azərbaycana 2 milyon doza Sinovac vaksini gətirilib
Azərbaycanda vaksinlər bu maliyyə mənbələri hesabına alınacaq
Bəzi ölkələrdən diri heyvan və heyvan mənşəli məhsulların gətirilməsinə məhdudiyyət qoyulub
Azərbaycanda vaksinasiya strategiyası açıqlanıb
Əsas məqsəd azad edilmiş ərazilərin bərpasıdır, ancaq koronavirusla mübarizəmiz də davam edir – Şahmar Mövsümov
Şuşada vaksinlərin saxlanma məntəqələri qurulur
Birinci bu şəxslər peyvənd olunacaq - CƏDVƏL
Pandemiya ilə güclü mübarizə üsulları hələ hazır deyil - Səhiyyə Nazirliyi
Gəncədə COVİD-19-a qarşı mübarizə tədbirləri davam edir (FOTO)
Azərbaycanda yanvarın 18-dən koronavirsa qarşı vaksinasiya başlayacaq - Şahmar Mövsümov
Ölkədə COVİD-19-a yoluxma əmsalı 5 faizədək enib - TƏBİB
Tətbiq olunan sərt karantin rejimi öz müsbət nəticələrini verib - Prezidentin köməkçisi (ƏLAVƏ OLUNUB)
Tərtərdə qanunsuz işləyən kompüter zalı aşkar olundu (VİDEO)
Bütün xəbərlər