...

Cavid Osmanov: Milli Şura üzvləri videokonfransda söyüş və təhqir dolu ifadələr işlətdiyi üçün xalqdan üzr istəməlidirlər

Siyasət Materials 15 May 2020 12:32 (UTC +04:00)
Çox təəssüf ki, onlar bir daha öz aralarında, öz cəmiyyətlərində söyüşlə, təhqirlə, heç bir milli mənəvi dəyərlərə diqqət etmədən, etikadan kənar formada bir video konfrans keçirdilər.
Cavid Osmanov: Milli Şura üzvləri videokonfransda söyüş və təhqir dolu ifadələr işlətdiyi üçün xalqdan üzr istəməlidirlər

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Şura üzvləri videokonfransda söyüş və təhqir dolu ifadələr işlətdiyi üçün xalqdan üzr istəməlidirlər.

Bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov deyib.

C.Osmanov bildirib ki, Ötən gün Milli Şura adlanan qurum tərəfindən Cəmil Həsənlinin rəhbərliyi ilə anti-milli ünsürlərin iştirakı ilə söyüşlə, təhqirlə, heç bir milli-mənəvi dəyərlərə hörmət etmədən, etikadan kənar formada bir videokonfrans keçirilib. Videokonfrans canlı olmasına baxmayaraq iştirakçılar təhqir, söyüş dolu ifadələr işlədiblər:

“Canlı yayımda özləri öz aralarında xəbərdarlıq edilmələrinə baxmayaraq təhqiri, söyüşü bir az da çoxaldırdılar və hətta “demişəm, yaxşı etmişəm” kimi ifadələr də işlədirdilər. Bununla yanaşı, Azərbaycan xalqına, milli mentalitetinə yaraşmayan bir mövzu olan cinsi azlıqlar haqqında danışırdılar. Bunlar bu mövzunu müzakirə etməklə milli-mənəvi dəyərlərimizə də təsir etməyə çalışırdılar. Bu mövzu bunlar üçün adi hal olsa da, ancaq Azərbaycan xalqının milli mentalitetinə, milli mənəvi dəyərlərinə heç cür yaraşmayan məsələlərdir.

Təəssüf ki, belə anti-milli ünsürlər canlı yayımda belə mövzularla çıxış edirlər, eyni zamanda söyüş, təhqirlər yağdırmaqla öz iç üzlərini, qeyri-etik ünsiyyət formasını canlı yayımda nümayiş etdirirlər. Görünür, bu, onlar üçün adi bir haldır. Bu, Azərbaycan xalqına qarşı növbəti təhqirdir, xəyanətdir, ləyaqətsiz bir addımdır. Mən onlardan tələb edirəm ki, hər biri çıxıb canlı yayımda Azərbaycan xalqından üzr istəsin. Çünki onlar öz ifadələrinə, müzakirə etdikləri mövzuya görə cəmiyyət qarşısında məsuliyyət daşıyırlar".

.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti