...

Elçin Mirzəbəyli: “Milli şura” adlı qurumun növbəti məzhəkə-videokonfransı bura toplaşan insanların hansı səviyyəyə malik olduqlarını nümayiş etdirdi

Siyasət Materials 9 İyun 2020 09:42 (UTC +04:00)
Elçin Mirzəbəyli: “Milli şura” adlı qurumun növbəti məzhəkə-videokonfransı bura toplaşan insanların hansı səviyyəyə malik olduqlarını nümayiş etdirdi

Bakı. Elçin Mehdiyev - Trend:

“Milli şura” adlanan qurumun növbəti məzhəkə-videokonfransı bura toplaşan insanların hansı intellektual və mədəni səviyyəyə malik olduqlarını, siyasi rəqiblərinə qarşı arqumentlərinin ən yaxşı halda, kobud ləhcə ilə ifadə olunan təhqir və aşağılayıcı “jarqon” sözlərdən uzağa getmədiyini nümayiş etdirdi.

Bunu Trend-ə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli deyib.

E.Mirzəbəyli bildirib ki, yalnız təfəkkürü xaricdən ötürülən siyasi ifrazatlardan ibarət olanlar demokratiyanın, sivil siyasi münasibətlərin əsas amillərindən biri olan siyasi dialoqa üstünlük verənləri “ayaqqabı əskisi” ilə müqayisə edə bilərlər:

“Görünür, deputat seçilmək üçün AMİP-dən AXCP-yə gələn, daha sonra, yenə də deputat kürsüsünü qorumaq üçün AXCP-dən gedən, kitablarında mövcud hakimiyyətin ünvanına saysız-hesabsız təriflər yağdıran, kürsüsünü itirdikdən sonra isə yenidən radikal müxalifətçiyə çevrilən Cəmil Həsənli siyasi təfəkküründən və əxlaqından çoxsaylı ayaqqabı izlərini hələ də təmizləyə bilməyib. Kirli siyasi keçmişinin və satqın mahiyyətinin yaratdığı komplekslərdən başqalarını aşağılamaqla xilas olmağa çalışır. Maraqlıdır, görəsən Cəmil Həsənli onun və ermənilərin böyük dostu, 1992-ci ildə Azərbaycana qarşı tətbiq olunmuş “Azadlığa Dəstək Aktı”na 907 saylı düzəlişin müəlliflərindən biri olan Kristofer Smitin ayaqqabısına sürtünəndə özünün hansı növ əski parçası kimi hiss edirmiş?”.

E.Mirzəbəyli vurğulayıb ki, videokonfransda Gültəkin Hacıbəylinin “inəyin erkəyi” haqqında Cəmil Həsənlininin nə zamansa ona danışdığı əhvalatı xatırlatmasının alt qatında hansı istək, arzu və xatirələrin dayandığını izah edə bilməsəm də, amma virtual olsa da belə bir qadının əks cinsin nümayəndələrinin iştirak etdiyi siyasi toplantıda “buğa”, “inəyin əri” kimi ifadələrə yol verməsini mənəvi deqrodasiyanın ən son həddi hesab edirəm:

“Təbii ki, bu ifadələrin konkret şəxsə, yaxud şəxslərə ünvanlanmış mesaj ola biləcəyi ehtimalını bir kənara qoyuram. Bu, mənim işim deyil. Amma Azərbaycanda siyasi fəaliyyəti gözdən və urvatdan salan bu insanların hələ də siyasi arenanı tərk etməmək üçün bütün vasitələrə əl atmaları, ən azı bir vətəndaş kimi məni narahat edir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti