...

AXCP-nin növbəti "qeybətxanası": Müsavat və müsavatçılar ləyaqətsizdirlər (VİDEO)

Siyasət Materials 10 İyun 2020 20:24 (UTC +04:00)

Bakı. Alpər M. - Trend:

Sosial şəbəkələrdə "Milli Şura" adlı qurumun aparıcı "qüvvəsi" olan AXCP-nin mahiyyət və zehniyyət etibarı ilə eynilik təşkil edən növbəti "xüsusi əhəmiyyətli" videokonfransından görüntülər yayımlanıb.

Bu dəfə AXCP rəyasət heyətinin "qeybətxana" effektli “iclası”nda cəbhəçilər Müsavat partiyasını və ümumilikdə müsavatçıları kütləvi təhqir edirlər. Hətta blokadaya salındığını iddia edən AXCP sədri Əli Kərimli də onlayn iclasda iştirak edir.

"İclas"da cəbhəçilər müsavatçıların ünvanına "Müsavat və müsavatçılar ləyaqətsizdirlər", "şərəfsiz, dabandaşı, alkaş" kimi ifadələr işlədirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti