...

Müdafiə Nazirliyi Tovuzdakı hazırkı vəziyyətlə bağlı məlumat yaydı

Siyasət Materials 15 İyul 2020 02:15 (UTC +04:00)
Müdafiə Nazirliyi Tovuzdakı hazırkı vəziyyətlə bağlı məlumat yaydı

Bakı. Trend:

Cəbhədəki vəziyyətlə bağlı sosial şəbəkələrdə və mobil əlavələr vasitəsilə həqiqətə uyğun olmayan, əsassız məlumatlar yayırlar. Bildiririk ki, hazırda Tovuz rayonu istiqamətində nisbi sakitlikdir.

Trend xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin vətəndaşlara müraciətində bildirilir.

"Bir daha bütün media nümayəndələrini və sosial şəbəkə istifadəçilərini heç bir əsası olmayan təxribat xarakterli məlumatları yaymamağa, yalnız Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etməyə çağırırıq", - deyə müraciətdə qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti