...

17 nəfərə 180 dənə profilimiz var - AXCP üzvlərinin qeybətxana şousu (VİDEO)

Siyasət Materials 16 İyul 2020 15:32 (UTC +04:00)
17 nəfərə 180 dənə profilimiz var - AXCP üzvlərinin qeybətxana şousu (VİDEO)

Bakı. Trend:

Bu dəfə AXCP üzvləri biabırçılıqlarını, trolluqlarını etiraf ediblər.

Onlar etiraf edir ki, 17 nəfərə 180 dənə saxta profilimiz var. Bəxtiyar İmanov Gənclər komitəsinin sədri Emil Səlimovu qızlara başı qarışmaqda qınayır:

"Seymur Həzi də, Fuad Qəhrəmanlı da qələt eləyir başını daşa döyür. Mənim adım olandan sonra hamısı qələt edir, hamısının yaralı yerləri, zibil işləri var, başları daşa dəyib, xəbərdaram olanlardan.

Sənə qardaşın bir şey öyrətsin də, pul yığmaq istəyəndə Əlizaminin ailəsinə dəyməyə gedilir, bazarlıq olunacaq deyin, o adla istəyin ki versinlər".

AXCP üzvləri bu çıxışları ilə bir daha kim olduqlarını göstəriblər. Bu sözlər onların məqsədlərinin saxta profillərlə kimlərisə trollamaqdan, kimlərdənsə pul tələb etməkdən ibarət olduğunu bildirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti