Bakı. Trend:
Azərbaycanlılar Niderlandda parlamentin qarşısında aksiya keçirir.
Trend-in məlumatına görə, aksiyada Niderlandda yaşayan azərbaycanlılar, diaspora fəalları "Qarabağa ədalət" şüarı ilə aksiya keçirir.
Həmvətənlərimiz işğal altında olan torpaqlarımıza beynəlxalq səviyyədə münasibət göstərilməsini tələb edir.
Qeyd edək ki, artıq bir neçə gündür Avropanın və dünyanın müxtəlif bölgələrində azərbaycanlılar Ermənistanın son təxribatına, işğal altında olan torpaqlarımıza beynəlxalq səviyyədə qiymət verilməsini tələb edərək etiraz edir.