...

Müxalifətdə söyülməyən adam qalmadı - "Milli Şura"nın qeybətxana şousundan növbəti seriya (VİDEO)

Siyasət Materials 20 İyul 2020 19:24 (UTC +04:00)
Müxalifətdə söyülməyən adam qalmadı - "Milli Şura"nın qeybətxana şousundan növbəti seriya (VİDEO)

Bakı. Trend:

"Milli Şura"nın qeybətxana şousu davam edir.

Belə ki, "Milli Şura" və AXCP qeybətxanasının növbəti seriyasında Əli Kərimlinin blokada şousunu özləri növbəti dəfə ifşa etdilər. Bu dəfə müxalifətdə söyülməyən adam qalmadı, söyüşün biri isə bir qəpik!

Təqdim olunan videoda şura üzvü Vidadi Mirkamal deyir: "Əli bəyi qoşum mən?", AXCP rəyasət heyətinin üzvü Vahid Məhərrəmli isə: "Yox, qoşma, qoşma" deyir.

Görüntülərdən aydın olur ki, budəfəki qurbanlar Turan İnformasiya Agentliyinin rəhbəri jurnalist Mehman Əliyev və Real partiyasının üzvü Natiq Cəfərlidir.

Qənimət Zahidov deyir: "Mehman Əliyev İlqar Məmmədovun kopyasıdır".

Vidadi Mirkamal isə: "Mehman Əliyev mövqesiz adamdır".

Bu arada Gültəkin Hacıbəyli "meydana girir": "Mehman Əliyev söhbətində Vidadi bəylə razıyam, mövqesiz adamdır. Amma tam İlqar Məmmədovun eynisi deyil hələ ki". Hələ ki...

Gültəkin Hacıbəyli daha sonra deyir: "Natiq Cəfərli tərbiyəsiz, iyrənc, murdar, şərəfsiz, alçaq, ən pis sözlərə layiq adamdır".

Ardınca Vidadi Mirkamal, Vahid Məhərrəmli, Qənimət Zahidov da "Şərəfsiz və tərbiyəsiz adamdırlar" deyə, təsdiq edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti