Vüqar Rəhimzadə: Azərbaycan mətbuatı dövrün tələblərinə uyğun təkmilləşir, modernləşir, prinsipləri isə dəyişməz qalır

Vüqar Rəhimzadə: Azərbaycan mətbuatı dövrün tələblərinə uyğun təkmilləşir, modernləşir, prinsipləri isə dəyişməz qalır

Bakı. Trend:

Mətbuat bütün dövrlərdə həqiqət carçısı olmuş, öz missiyasını yüksək səviyyədə yerinə yetirməyə səy göstərmişdir. Milli mətbuatımızın müstəqillik dövründən bəhs edərkən öncə göz önünə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin bu istiqamətdə göstərdiyi xidmətlər gəlir. Mətbuatın cəmiyyətdə rolunu önə çəkən Ümummilli Lider onun müstəqil, azad fəaliyyətinin təmin olunması, mövcud problemlərinin həlli istiqamətində davamlı tədbirlər həyata keçirmişdir. Ümummilli Liderin müstəqil Azərbaycana rəhbərliyi illərində dövrün tələblərinə uyğun olaraq atılan addımlar hər sahədə olduğu kimi, mətbuatın da inkişafında özünü qabarıq şəkildə büruzə verirdi. Ulu öndər Heydər Əliyev kütləvi informasiya vasitələri ilə dövlət qurumları arasında səmərəli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, mətbuatın iqtisadi müstəqilliyinin, jurnalistlərin peşəkarlığının artırılması məqsədilə biri-birindən əhəmiyyətli Fərman və sərəncamlar imzalamışdır. Ümummilli Liderin ən böyük tarixi xidmətlərindən biri də imzaladığı Fərman əsasında mətbuat üzərində senzuranın götürülməsidr. Bu mühüm addım mətbuatın inkişafında yeni bir mərhələnin əsasını qoydu. Məhz bu diqqət və qayğı, azad sözə verilən dəyər ulu öndər Heydər Əliyevi jurnalistlərin yaxın dostu, mətbuatın böyük hamisi kimi tanıtdı və bir daha təsdiq etdi. Ümummilli Lider 2002-ci ildə «Jurnalistlərin dostu» mükafatına layiq görüldü.

Bu fikirləri «İki sahil» qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə Trend-ə açıqlamasında bildirib.

V.Rəhimzadə vurğulayıb ki, bu gün ölkəmizdə söz və mətbuat azadlığı üçün heç bir maneə yoxdur, mətbuat nümayəndələri istənilən mövzu ətrafında öz fikirlərini ifadə edir, fikir azadlığı mövcuddur, bir sözlə cəmiyyətin informasiya tələbatı yüksək səviyyədə ödənilir. Bu gün Azərbaycan mətbu orqanların sayına görə MDB məkanında öz liderliyini qoruyur. Ölkə əhalisinin 85 faizi internet istifadəçisidir. Təbii ki, bu, ölkəmizdə demokratiyanın inkişafının göstəricilərindəndir.

Baş redaktor son 16 ildən artıq dövrdə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin ölkəmizdə kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyət göstərməsi, jurnalistlərin öz iradələrini, mövqelərini azad şəkildə ifadə etmələri üçün bütün zəruri imkanlar yaradıldığını qeyd edib: «Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi çoxşaxəli islahatlar bu gün cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Modernləşmə, yeniləşmə, dövrün tələblərinə uyğun təkmilləşmə mətbuatdan da yan keçməyib. Mətbuat daim dövlətin diqqət və qayğısı ilə əhatə olunub. 2005, 2010 və 2015-ci illərdə Azərbaycan milli mətbuatının yaranmasının 130, 135, 140 illik yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi, bu münasibətilə Azərbaycan mətbuat işçilərinin təltif edilməsi, fəxri adlar verilməsi, kütləvi informasiya vasitələrinə maliyyə yardımının göstərilməsi jurnalistlərin əməyinə dövlətin yüksək qiymətinin əyani təzaşürüdür. Həmçinin möhtərəm Prezidentimiz İlham Əliyevin 2008-ci il 31 iyul tarixli “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyasının təsdiq edilməsi haqqında” sərəncamı, bu sənədə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması da təsdiqləyir ki, mətbuata göstərilən qayğı davamlı və sistemli xarakter daşıyır. Ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev jurnalistlərin dostu, mətbuatın hamisi kimi dəstəyini də davamlı edir və bu, media ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilir, onlarda məsuliyyət hissini daha da artırır. Dövlətimizin başçısı İlham Əliyevin son 16 ildən artıq dövrdə 3 dəfə «Jurnalistlərin dostu» mükafatına layiq görülməsi də deyilənlərin təsdiqidir.»

V.Rəhimzadə qeyd edib ki, Azərbaycan dövlətinin iqtisadi qüdrətinin artması KİV-in və jurnalistlərin problemlərinin həlli istiqamətində mühüm tədbirlərin həyata keçirilməsindən də aydın görünür. Belə ki, Prezident İlham Əliyevin dünyada analoqu olmayan addımı - mətbuat işçilərinin mənzil probleminin həll edilməsi ilə bağlı sərəncamları ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanmışdır: «bu istiqamətdə ilk Sərəncam 2010-cu ildə imzalanaraq 2013-cü ildə birinci bina jurnalistlərin ixtiyarına verildi. Həmin gün növbəti Sərəncam imzalandı və ikinci binanın təməli qoyuldu. Atılan bu addımların davamlı olacağı dövlətimizin başçısı İlham Əliyevin 2017-ci ildə ikinci binanın açılışında söylədiyi “Mən həmişə çalışmışam və çalışıram ki, jurnalistlərə öz dəstəyimi göstərim. Mənim jurnalistlərlə çoxsaylı görüşlərim, səmimi söhbətlərim bunu göstərir. Xüsusilə jurnalistlər üçün binaların tikilməsi də bu siyasətin bir təzahürüdür. Bu təşəbbüs bir neçə il bundan əvvəl irəli sürülmüşdü, jurnalistlər belə məsələ qaldırmışdılar, mən də buna müsbət reaksiya verdim və nəticə etibarilə artıq biz burada ikinci binanın açılışını qeyd edirik. Xatırlayıram, 4 il bundan əvvəl birinci binanın açılışında mən demişdim ki, yəqin gələcəkdə bu əraziyə “Jurnalistlər şəhərciyi” deyiləcək və bu, belə də oldu. Artıq bu gözəl yer “Jurnalistlər şəhərciyi”dir, burada üçüncü bina da tikiləcək. Əlbəttə ki, biz jurnalistlərin məişət problemlərinin həlli üçün gələcəkdə əlavə tədbirlər görəcəyik» fikirlərində də öz aydın ifadəsini tapmışdır. Artıq bu il üçüncü binanın istifadəyə verilməsi nəzərdə tutulur. Dövlətimizin başçısı İlham Əliyev daim bildirir ki, azad mətbuatın inkişafında bundan sonra da fəal olacaq.»

Vüqar Rəhimzadə dövlətin mətbuata diqqət və qayğısı ilə yanaşı, jurnalistlərin üzərinə düşən vəzifələrdən də danışıb. Bildirib ki, müharibə şəraitində yaşayan ölkənin mətbuatı həqiqətlərimizin təbliğində, düşmənlə ideoloji mübarizədə fəal iştirak etməli, milli maraqlarımızı yüksək səviyyədə qorumalı, birlik, həmrəylik nümayiş etdirərək ölkəmizə qarşı qərəzli mövqedə dayanan dairələrin əks təbliğatını reallıqlarımızla cavablandırmalıdır.

Dünyanı bürüyən pandemiyaya qarşı mübarizə tədbirlərinin gücləndirildiyi bir zamanda dövlətimizin başçısı İlham Əliyevin «Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında» Sərəncamını mətbuata diqqət və qayğının ən yüksək səviyyədə olması ilə əsaslandıran baş redaktor bu dövrdə də mətbuatın üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb: «Maarifləndirmə işinin lazımi səviyyədə qurulması üçün yazılı və elektron KİV-lər daha fəal olmalı, Azərbaycan dövlətinin koronavirusa qarşı mübarizə tədbirlərində üstünlük verdiyi özünütəcrid qaydalarının təbliğinə öz davamlı töhfələrini verməlidir. Azərbaycan pandemiya dövründə nəinki daxildə, eyni zamanda, beynlxalq səviyyədə atdığı addımları ilə diqqət çəkir. Bu addımların əsl mahiyyətini, Azərbaycanın beynəlxalq aləmdə artan rolunun və mövqeyinin göstəricisi olduğunu geniş şəkildə təbliğ etməliyik. Azərbaycan müstəqil siyasəti ilə beynəlxalq birliyin fəal üzvünə çevrilib. Bu gün ölkəmizə hansı sahədən baxsaq, böyük inkişafın, tərəqqinin şahidi olarıq.»

V.Rəhimzadə hazırda yeganə problemimizin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi olduğunu önə çəkərək, diqqəti son günlər Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribata, Azərbaycan Ordusunun bu təxribatın qarşısını qətiyyətlə almasına yönəldib: «Növbəti qələbəmiz bir daha bu əminliyə əsas verir ki, diplomatik mübarizədə qələbə qazanan Azərbaycan hərb yolunu seçərsə, rəşadətli ordusunun gücü, qüdrəti sayəsində işğal altında olan torpaqlarını azad etmək iqtidarındadır. Bu gün mətbuatın qarşısında dayanan əsas vəzifələrdən biri məhz infomasiya təhlükəsizliyini qorumaqla, müasir dövrün imkanlarından maksimum istifadə edərək həqiqətlərimizi, ermənilərin iç üzünü bir daha dünya ictimaiyyətinə çatdırmaqdır. Həmkarlarıma qələbə sevincimizin müjdəçisi olmağı, modernləşmə, obyektivlik, kreativlik, qabaqcıl texnologiyaların tətbiqi kimi prinsipləri hər zaman fəaliyyətlərinin önündə saxlayaraq dövlətçiliyimizin möhkəmləndirilməsinə töhfələrinin davamlılığını arzulayıram. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatlarla bağlı xalqımıza müraciətində vurğuladığı kimi, hər birimizin borcu Azərbaycanın mövqeyini müdafiə etməkdir. Nəinki döyüş meydanında, həm də kompyuter qarşısında. Unutmayaq ki, bu gün biz bir amalımız olan millət, xalqıq. Bizə zəfər lazımdır. Hamımız üçün bir qələbə. Qalib gələn isə gücü birlik, ağıl və iradə ilə möhkəmlənən olur.»

Azərbaycanda kompüter təhlükəsizliyi ilə bağlı müraciətlərin sayı azalıb
Azərbaycanda kompüter təhlükəsizliyi ilə bağlı müraciətlərin sayı azalıb
Azərbaycanın peyk xidmətlərinin ixracından gəlirləri artıb
Azərbaycanın peyk xidmətlərinin ixracından gəlirləri artıb
Azərbaycanın əməliyyat sistemi bazarında "Android"in payı artıb
Azərbaycanın əməliyyat sistemi bazarında "Android"in payı artıb
Loading Bars
Xəbər lenti
Siyəzəndə yaşadığı ünvanı tərk edən “COVİD-19” xəstəsi saxlanılıb
Paşinyanın reytinqi kəskin düşüb
Heydər Əliyev Fondunun dəstəyi ilə şəhidlərə ithaf olunmuş "Əbədi zirvə" musiqi kompozisiyası hazırlanıb (VİDEO)
Olimpiya oyunlarının təxirə salınması Yaponiyaya 3 milyard dollara başa gələcək
Azərbaycan zəfər çalaraq tarixdə yeni səhifə açdı - Allahşükür Paşazadə
Fransa Senatının təşəbbüsü Avropa ölkələrində dəstəklənmir - Deputat
Yaşayış yerini tərk edən aktiv koronavirus daşıyıcıları barədə cinayət işi başlanılıb (FOTO/VİDEO)
"Şəhidlik yaxşı ölümdür" deyirdi - Şəhid Tural Rəhimov
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Şəhidlərimizin ruhu qarşısında baş əyir, ehtiramla yad edirik - Spiker
Heydər məscidində anım mərasimi keçirilib (FOTO)
Sabahın hava proqnozu açıqlanıb
Havanın temperaturu düşəcək, yağış, qar yağacaq - Xəbərdarlıq
Rusiyada koronavirusdan ölənlərin sayı 42 mini ötüb
FHN-in İdman-Sağlamlıq Mərkəzinin əməkdaşları şəhid ailəsini ziyarət ediblər (FOTO)
Azərbaycan xalqı Şəhidlər Xiyabanını ziyarət edir (FOTO)
Gəncə şəhərində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib (FOTO)
Bakıdakı pravoslav kafedral kilsəsində şəhidlərin anım mərasimi keçirilib (FOTO)
Doqquz Azərbaycan gimnastı bədii gimnastika üzrə Avropa çempionatından medalla qayıdıb - Mariana Vasileva
Nazirlik Xudayar Yusifzadənin ailəsi üçün ev tikəcək (FOTO)
Dağ Yəhudiləri İcmasında şəhidlərin xatirəsi anılıb (FOTO)
Ukrayna həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib - Həmsədr
Döyüşlərə 30 ilin həsrəti ilə atılmışdıq - Qarabağ qazisi
Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələri müzakirə olunub
AQTA 43 obyektdə koronavirusla bağlı qayda pozuntusu aşkarladı (FOTO)
Niderlandda Fransa Senatının və Belçika Parlamentinin qəbul etdiyi qətnamələrə etiraz aksiyası keçirilib
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi (VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhidlərimizin xatirəsini yad ediblər (VİDEO) (YENİLƏNİB)
Yaşayış yerini tərk edən aktiv koronavirus daşıyıcısı barədə cinayət işi başlanılıb (FOTO/VİDEO)
Ərdoğan və Ruhani Qarabağı müzakirə edib
Güclü dövlətin hərbçisi olmaq çox qürurvericidir - Qarabağ qazisi
Ötən gün 21 koronavirus xəstəsi ictimai yerlərdə saxlanılıb
Azərbaycan nefti 50 dollar həddinə yaxınlaşır
Fransa hökuməti Qarabağın müstəqilliyini tanımır - Fransa səfiri
Azərbaycanın qaz ixracında Türkiyə bazarının payı 79 faiz olub
Azərbaycanın Türkiyədən sement idxalı azalıb
Taksi fəaliyyəti ilə məşğul olan COVİD-19 xəstəsi saxlanılıb (FOTO)
Rusiyada təyyarə bir gündə iki dəfə təcili eniş etdi
Müəllimlərinə "Qarabağı biz alacağıq" deyib - Ad günündə dəfn edilən şəhid Nicat Tarverdiyev (FOTO)
Bakıda elektron əşya mağazalarından oğurluq edən saxlanılıb
Prezident İlham Əliyev şəhidlərimizlə bağlı paylaşım edib (FOTO)
Azərbaycan Prezidenti: BMT Təhlükəsizlik Şurasının qətnamələrinin güc yolu ilə icrası qaçılmaz idi
Vətən Müharibəsində şəhid olan DİN kapitanı (FOTO)
Azərbaycan Prezidenti: Ermənistan son dəqiqəyə qədər xüsusi sessiyanın keçirilməsi üçün hazırlıq prosesinə mane olmağa çalışıb
Azərbaycan Prezidenti: Son iki il ərzində Ermənistan danışıqlar prosesini məqsədyönlü şəkildə məhv edib
Prezident İlham Əliyev: Dağlıq Qarabağ münaqişəsi hərbi-siyasi yollarla həll edilib
Fransanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılacaq - XİN
Prezident İlham Əliyev: Pandemiya başlayandan bəri Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx təmasdadır
Azərbaycan Prezidenti: Azərbaycan virusun yayılmasının qarşısını almaq məqsədilə vaxtında zəruri tədbirlər həyata keçirib
Prezident İlham Əliyev: Bu gün dünya üçün ən böyük təhlükə olan COVID-19 ilə mübarizədə beynəlxalq ictimaiyyətin birgə səylərinə çox böyük ehtiyac var
Prezident İlham Əliyev BMT Baş Assambleyasının COVID-19 ilə mübarizəyə həsr edilmiş xüsusi sessiyasında çıxış edib (VİDEO)
Binəqədidə koronavirus xəstəsinə cinayət işi açılıb
Vyetnamdakı azərbaycanlılar COVİD-19 səbəbindən təxliyə edilib
Samsung AirDresser – qarderobunuza yeni baxım dövrünü bəxş edir (FOTO)
Türkiyənin türkdilli ölkələrə ixracı artıb
Birlikdə böyüyüb, birlikdə döyüşən əmioğlular - Biri şəhid, digəri qazi (FOTO)
Türkiyə səfirliyi Azərbaycana başsağlığı verib
2-ci Qarabağ müharibəsində qələbənin əsas memarı Ali Baş Komandan İlham Əliyevdir - Deputat
Bakıda ev yanıb
Məcburi köçkünlər geri qayıtdıqdan sonra torpaq bölgüsü necə aparıla bilər? - Komitə sədri açıqladı
Bərdədə koronavirus xəstəsi barədə cinayət işi açılıb
Dekabrın 4-də xarici valyutaların manata qarşı məzənnələri
SOCAR təsdiq olunmuş neft ehtiyatlarının həcmini açıqlayıb
Yardımlıda mağaza yanıb
Ərəbistan koalisiyası husilərə məxsus minalanmış PUA-nı məhv ediblər
Ceyhan terminalından 195 milyon bareldən çox AÇQ nefti nəql edilib
Braziliya Senatı ölkənin atom bombasına sahib olma ehtimalını nəzərdən keçirəcək
Dünyada koronavirusa yoluxanların sayı 65 milyon nəfəri ötüb
İngiltərədə zavodda partlayış olub, ölən və yaralananlar var
Moskvada koronavirusdan daha 77 nəfər ölüb
Bakıda sex yanıb
Türkiyə və İran prezidentləri Dağlıq Qarabağı müzakirə ediblər
"Euronews" erməni işğalından azad edilmiş Suqovuşan kəndindən süjet hazırlayıb (VİDEO)
UEFA Avropa Liqası: "Qarabağ" qrup mərhələsində "Makkabi" ilə heç-heçə edib
Bu gün saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək
Türkiyədə koronavirusdan sağalanların sayı 418 mini keçib
Azərbaycan “OPEC plus”un 2021-ci ilin yanvarında gündəlik hasilatın 500 min barrel artırılması barədə qərarını dəstəkləyib
Fransa Milli Assambleyasının sülhü dəstəkləmək əvəzinə qərəzli, ədalətsiz qətnamə qəbul etməsi insanlığa qətiyyən sığımır - Deputat
Hikmət Hacıyev şəhidlərlə bağlı paylaşım edib
Azərbaycan XİN: Ermənistan tərəfinin sərgilədiyi destruktiv mövqe bu ölkəni uçuruma sürükləyib
Türk Şurası Azərbaycana başsağlığı verib
"OPEK plyus" ölkələri yanvar ayından etibarən neft hasilatını artırmağa razılaşıb
Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu daim artmaqdadır - Hikmət Babaoğlu
Prezident İlham Əliyev: Beynəlxalq ictimaiyyət pandemiyadan yalnız birlik və çoxtərəfli əməkdaşlıq əsasında xilas ola bilər
Könüllülərin “Azərbaycan - Türkiyə Həmrəylik Görüşü” baş tutub (FOTO)
Ona cavab vermək istəyəndə anladım ki, artıq mən yoxam - Şəhidlə olmayan müsahibə (FOTO)
Azərbaycan beynəlxalq səviyyədə daha bir ilkə imza atdı - Bəhruz Quliyev
Azərbaycan Prezidenti: BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi Qoşulmama Hərəkatına üzv dövlətlərin möhtəşəm uğurudur
Ərazilərin işğaldan tam azad olunmasının iqtisadi inkişafımıza çox böyük təsiri olacaq - Tamam Cəfərova
Əfqan Sadıqovun vəziyyəti Ombudsmanın diqqət mərkəzindədir
Bu il Azərbaycanın məhsul ixrac etdiyi ölkələr bunlar olub
Azərbaycan Prezidenti: Qoşulmama Hərəkatı BMT sisteminin COVID-19 ilə mübarizədə fəaliyyətini yüksək qiymətləndirir
Prezident İlham Əliyev: 2020-ci il ərzində dünya ictimaiyyəti müasir tariximizin ən ciddi səhiyyə böhranı ilə üzləşib
"Bakı metropoliteni" tender elan edib
Bolqarıstandakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi təbrik ediblər
Prezident İlham Əliyev BMT Baş Assambleyasının COVID-19 ilə mübarizəyə həsr edilən xüsusi sessiyasında videoformatda çıxış edib (FOTO/VİDEO)
Sağlamlıq imkanları məhdud uşaqlar müasir reabilitasiya sistemi ilə əhatə olunub
ATƏT-in Minsk Qrupu həmsədr ölkələri Qarabağda hərbi əməliyyatların dayandırılmasını alqışlayır
Bakıda 14 obyekt karantin qaydalarını pozub - İqtisadiyyat Nazirliyi
Prezident İlham Əliyevin təşəbbüsü əsasında BMT Baş Assambleyasının COVID-19-la bağlı xüsusi sessiyası başlayıb
Bütün xəbərlər