...

Son 10 gün ərzində azərbaycanlılar bu ölkələrdə aksiyalar keçirib - SİYAHI

Siyasət Materials 23 İyul 2020 14:49 (UTC +04:00)
Son 10 gün ərzində azərbaycanlılar bu ölkələrdə aksiyalar keçirib - SİYAHI

Bakı. Asif Mehman - Trend:

Azərbaycanlılar son 10 gün ərzində 25 ölkədə 56 aksiya keçirib.

Trend-in məlumatına görə, bir çox ölkələrdə COVİD-19 pandemiyası ilə əlaqədar məhdudiyyətlərə baxmayaraq, 10 minlərlə soydaşımız müxtəlif aksiyalarda fiziki olaraq iştirak edib.

Aksiyaların yarıdan çoxu Avropanın müxtəlif ölkələrində keçirilib. Belə ki, Avropda 31 aksiya baş tutub. Almaniyanın 7 şəhərində 9 aksiya, İsveçdə 4 aksiya, Niderland və Fransada 2 aksiya, Belçika, İngiltərə, İsveçrə, Avstriya, İtaliya, İspaniya, Finlandiya, Polşa, Macarıstan, Latviya, Litvada isə bir aksiya keçirilib.

ABŞ-ın 8 ştatında 11 aksiya gerçəkləşib. Bu aksiyalar ABŞ-ın İllinoys, Kaliforniya, Texas, Nyu York, Massaçusets, Corcia, Vaşinqton ştatları və Vaşinqton Kolumbiya Dairəsi ərazilərdinə baş tutub.

Bunlardan əlavə olaraq, Kanadada 1 (Toronto), İsraildə 1 (Kiryat Byalik - Krayotı şəhər kəsişməsi), Rusiyada 2 (Moskva, Şimali Asetiyada), Moldovada 1 (Kişinyov), Ukraynada 2 (Kiyev), Qazaxıstanda 1 (Aktau), Türkiyədə 7 (4 şəhərdə - Ankata, İstanbul, İzmir, Antalya) aksiya gerçəkləşib.

Ermənilərin müxtəlif ölkələrdə Azərbaycan səfirliklərinin qarşısında təşkil edikləri aksiyalara etiraz olaraq 8 aksiya keçirilib. Bunlar Polşa, Niderland, Belçika, ABŞ – Vaşinqton, Los-Anceles, Gürcüstan, Türkiyə, Ukraynada təşkil olunub.

Aksiyalarla bərabər, mətbuat konfransı və maarifləndirmə tədbirləri də aparılıb. Bu tədbirlər İsveç, İspaniya, Litva, Türkiyə, Gürcüstanda həyata keçirilib.

Latviya, İsveç və ABŞ-da isə həmvətənlərimiz maşın yürüşləri də təşkil ediblər.

Qeyd edək ki, bütün aksiyalar icazəli olub, müdafiə aksiyaları haqqında polis məlumatlandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti