...

Prezident İlham Əliyevin Ermənistanın hazırki hakimiyyət dairələri ilə bağlı son açıqlaması erməniləri düşündürməlidir - Rufiz Qonaqov

Siyasət Materials 31 İyul 2020 17:07 (UTC +04:00)
Prezident İlham Əliyevin Ermənistanın hazırki hakimiyyət dairələri ilə bağlı son açıqlaması erməniləri düşündürməlidir - Rufiz Qonaqov

Bakı. Trend:

Prezident İlham Əliyevin Ermənistanın hazırki hakimiyyət dairələri ilə bağlı son açıqlaması erməniləri düşündürməlidir.

Bunu Trend-ə siyasi ekspert Rufiz Qonaqov deyib.

Onun sözlərinə görə, Ermənistanın hazırki baş naziri Paşinyan da daxil olmaqla indiki hakimiyyətin bir çox nümayəndələri Soros Fondunun və ona yaxın təşkilatların əməkdaşları olublar. Onlar bu kimi fondlardan və qurumlardan maliyyələşib və bu gün də bu proses davam edir:

"Aydın məsələdir ki, Ermənistandakı son inqilab Sorosun və ona yaxın dairələrin növbəti təxribatı olub. Təsadüfi deyil ki, bu yaxında Soros Ermənistana pandemiya ilə əlaqədər 600 min dollar maliyyə yardımı edib. Əvvəlki hakimmiyyətlərə nifrət olduğu kimi, bu gün də Ermənistanda Paşinyan hakimiyyətinə nifrət formalaşıb. Cənab Prezidentin bildirdiyi kimi, Sorosun əlaltıları Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müttəfiqləri ola bilməz. Onlar bu gün də gizli şəkildə bu fondlardan maliyyə alır. Ölkəmizdə də bu fond vasitəsilə zaman-zaman təxribatlar törətməyə cəhdlər edilib. Lakin bu, baş tutmayıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti