...

Azərbaycanla Küveyt arasında əməkdaşlıq müzakirə edilib (FOTO)

Siyasət Materials 28 Avqust 2020 20:07 (UTC +04:00)

Bakı. Trend:

Xarici İşlər naziri Ceyhun Bayramov Küveytin Azərbaycandakı səfiri Səud Əbdüləziz Əlrumini qəbul edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, C.Bayramov Azərbaycan ilə Küveyt arasında dərin tarixi köklərə dayanan və dostluq prinsipləri əsasında qurulmuş ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini məmnunluqla qeyd edib. Nazir bir sıra sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu vurğulayıb.

Səfir S.Ə.Əlrumi C.Bayramovu Xarici İşlər naziri təyin olunması münasibətilə təbrik edib və bu xüsusda Küveyt Xarici İşlər nazirinin səmimi təbriklərini çatdırıb.

Görüşdə tərəflər ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığın daha da genişləndirilməsi, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək məsələsinə dair fikir mübadiləsi aparıblar.

Nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Küveyt səfirinə məlumat verərək, bölgənin təhlükəsizliyinə ən böyük hədə olan münaqişənin həlli ilə bağlı Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb. Həmçinin Küveyt tərəfindən beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan Respublikasının haqlı mövqeyinin hər zaman dəstəkləndiyi vurğulanıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti