...

Türkiyə XİN: Ermənistan daxili problemlərdən diqqəti yayındırmaq üçün təxribatlara əl atır

Siyasət Materials 16 Sentyabr 2020 16:36 (UTC +04:00)
Türkiyə XİN: Ermənistan daxili problemlərdən diqqəti yayındırmaq üçün təxribatlara əl atır

Bakı. Elçin Mehdiyev – Trend:

Ermənistanın Tovuz istiqamətindəki təxribatları bir daha göstərdi ki, Ermənistan regionda sabitlik üçün ən böyük maneədir.

Trend-in məlumatına görə, bunu Türkiyə Xarici İşlər Nazirinin müavini Yavuz Selim Kıran deyib.

O qeyd edib ki, Ermənistan daxili problemlərdən diqqəti yayındırmaq üçün təxribatlara əl atır: “Bu təxribatlar daxili çarəsizliyin xaricə çıxmasıdır. Ermənistan yarandığı gündən regiona acı və qanunsuzluqdan başqa heç bir şey gətirməyib. Ermənistan daxili problemlərindən diqqəti yayındırmaq üçün daim təxribatlara əl atır. Dağlıq Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq qanunlar çərçivəsində həll edilməsi üçün daim Azərbaycanın yanındayıq. Ermənistan qoşunları işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılmalıdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti