Deputat: Paşinyan BMT-dəki çıxışında özünü ifşa etdi

Deputat: Paşinyan BMT-dəki çıxışında özünü ifşa etdi

Bakı. Elçin Mehdiyev - Trend:

Ermənistanın baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxışı ilə özünü və təmsil etdiyi dövlətin siyasətini bütün dünyada rüsvay etmiş oldu.

Bunu Trend-ə Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputat bildirib ki, Paşinyanın belə uğursuz çıxış edəcəyi əvvəlcədən proqnozlaşdırılan məsələ idi: “Çünki Azərbaycan əleyhinə çıxış edərkən çox ciddi səhvlərə yol verir və eyni zamanda yalan, iftira ilə dolu fikirləri beynəlxalq ictimai fikirə sırımaq istəyir. Lakin bu heç bir nəticə vermir. Uzağa getməyək, elə Münhen Təhlükəsizlik Konfransı çərçivəsində də Azərbaycan Prezidenti cənab İlham Əliyev ilə debatında onun siyasi baxımdan nə qədər səriştəsiz və bacarıqsız olduğu üzə çıxdı və Azərbaycan Prezidenti sözün həqiqi mənasında Paşinyana həm tarix, həm hüquq, həm də siyasi dərs verdi”.

Deputat vurğulayıb ki, Paşinyanın BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxışının uğursuz olmasının əsas səbəbi odur ki, Paşinyanın manipulyasiyası küçədə effektli olsa da, beynəlxalq ictimaiyyət qarşısında bir o qədər səmərəsiz olur:

“Paşinyan heç bir arqumentə və fakta söykənmədən boş-boş və əsassız ittihamlarla çıxış edir və bütün çıxışında özü özünü təkzib etmiş olur. Məsələn, çıxışında BMT-nin dəyərlər sistemindən danışarkən o vurğulayır ki, heç bir halda dövlətlər bir-birilərinə münasibətdə güc ilə hədələmək və güc tətbiq etmək siyasətinə yol verməməlidir. Onda belə çıxır ki, Paşinyan rəhbəri olduğu dövlətin siyasətini tənqid edir. Çünki Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı məhz güc tətbiqi ilə olub və həm iyul ayında Tovuz istiqamətində ermənilər tərəfindən törədilən təxribatlar və avqust ayında diversiya təxribatı da məhz elə güc tətbiqini özündə ehtiva edir və bu baxımdan onun fikri beynəlxalq ictimaiyyətdə yalnız acı istehza doğurur.

Çıxışında Paşinyan həmçinin qeyd edir ki, İkinci Dünya Müharibəsində faşizmin üzərində qələbənin nəticəsi olaraq BMT formalaşdı. Çox qəribədir ki, faşizm üzərində qələbədən və BMT-nin yaradılmasından danışan Paşinyan öz ölkəsində faşizmin qəhrəmanlaşdırılması siyasətini həyata keçirir və faşistlərə xidmət etmiş və onların tərəfində vuruşaraq on minlərlə günahsız insanı öldürmüş Qaragen Nijdeyə 6 metrlik heykəl qoyur, erməni terrorçularını milli qəhrəman elan edir.

Bütün bunlar onu göstərir ki, Paşinyan nə qədər əsassız, heç bir tənqidə dözməyən, absurd, populist fikirlərə müəlliflik edir. O eyni zamanda yalanının səviyyəsini pik nöqtəyə çatdıraraq Azərbaycan Silahlı Qüvvələrini ermənilərin özlərinin törətdiyi iyul təxribatında ittiham edir. Halbuki iyul təxribatının müəllifi Paşinyan özüdür, eyni zamanda avqust ayında baş vermiş diversiya təxribatının da müəllifi özüdür, müharibəyə hazırlaşan və mülki insanlardan xüsusi hərbi hissələr yaradan da özüdür, işğal etidkləri Azərbaycan ərazilərində yaratdıqları qondarma rejimdə qondarma “seçkilər” keçirib Azərbaycanın işğal edilmiş Şuşa şəhərində qondarma “andiçmə mərasimi” keçirən də özüdür və bütün davranışları ilə müharibəni labüd edəcək addımlar atan da özüdür. Lakin beynəlxalq ictimaiyyətin gözünə kül üfürür və yenidən onu aldatmaq istəyir. Ancaq bunların heç biri nəticə verməyəcək”.

E.Nəsirov vurğulayıb ki, Paşinyanın çıxışında onun nə qədər Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının yüksək inkişaf etmiş səviyyəsindən narahat olduğu və hətta vahimə keçirdiyi diqqətdən yayınmır:

“Paşinyan Azərbaycan-Türkiyə hərbi təlimlərindən narahat olduğunu bildirir və Türkiyəni yenidən qondarma “erməni soyqırımı”nda ittiham edir. Bütün bunlar bir daha ona dəlalət edir ki, artıq Ermənistan baş nazirinin deməyə sözü qalmayıb, hər yalanı və iftirası ilə özü özünü ifşa edir, özünü ifşanın klassik nümunəsini ortaya qoyur.

Ancaq Azərbaycan Prezidentinin məntiqə söykənən, faktlara, arqumentlərə əsaslanan çıxışı fonunda Paşinyanın sadaladığı yalanlar sabun köpüyü effekti verir”.

BMT dünya turizm sektorunun itkilərini proqnozlaşdırıb
BMT dünya turizm sektorunun itkilərini proqnozlaşdırıb
“Expo 2020 Dubai"da Azərbaycanın turizm imkanları tanıdılır (FOTO)
“Expo 2020 Dubai"da Azərbaycanın turizm imkanları tanıdılır (FOTO)
Azərbaycandan Gürcüstana gedən turistlərin sayı azalıb
Azərbaycandan Gürcüstana gedən turistlərin sayı azalıb
Loading Bars
Xəbər lenti
Maliyyə dələduzluq piramidası ilə vətəndaşların pulunu ələ keçirən mütəşəkkil dəstə üzvləri saxlanılıb
Rektor uğur qazanmış tələbələrlə görüşüb (FOTO)
AHİK sədri Səttar Möhbalıyev gürcüstanlı həmkarı İrakli Petriaşvili ilə görüşüb
Cəbrayılda təmir-tikinti işləri apararkən bir nəfər minaya düşüb
Jurnalistlər Eldəniz Səlimovun məhkəməsinə buraxılmadı
"Patı" ilə tutulan Azərbaycan çempionuna hökm oxundu
Dünya şöhrətli rəssama Azərbaycan vətəndaşlığı verildi
İranda ötən sutkada 4,31 min nəfər koronavirusa yoluxub
Minaatan və artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimləri keçirilib (VİDEO)
Bərdə-Ağdam avtomobil yolunun tikintisi davam etdirilir (FOTO)
Lənkəranda yaşayış yerini tərk edən aktiv COVID-19 xəstəsi aşkarlanıb
KOBİA yanında İctimai Şuranın iclası keçirilib (FOTO)
KOBİA sədrinin keçmiş müavini Ukraynada yüksək vəzifəyə təyin olunub
Nobel mükafatı laureatı Aziz Sancar Bakıya gəlib
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Qobustanda keçirilib (FOTO)
Fuad Muradov ABŞ-da Azərbaycan əsilli yəhudi yazıçı ilə görüşüb
Türkiyədə müalicə alan daha beş qazi sağalaraq Azərbaycana qayıdıb (FOTO)
BDU-nun 10-dan çox qrupu distant təhsilə keçib
Ağdam sənaye parkına ayrılmış ərazinin 74 hektarı minalardan təmizlənib
İsmayıllıda xəstəxananın şöbə müdiri və qohumu avtomobillə qəsdən vurulub (VİDEO)
Soçi Bəyanatı Azərbaycanın növbəti diplomatik qələbəsidir - Kamaləddin Qafarov
Bəzi yanacaqdoldurma məntəqələrində yanacağa qatqılar əlavə edilir - SOCAR
Medianın İnkişafı Agentliyi “Sərhədsiz Reportyorlar” təşkilatına etiraz məktubu göndərib
Bolqarıstan qaz tədarükü müddətinin uzadılması üçün Azərbaycana müraciət edib
Hava dəyişəcək: Güclü külək, yağış, qar gözlənilir
Xurma adı ilə qanunsuz dərman daşıyan avtomobil saxlanılıb
Azərbaycan Notariat Palatasının Elmi-Metodiki Şurasının iclası keçirilib (FOTO)
Azərbaycanın Yekaterinburqdakı baş konsulu geri çağırılıb - SƏRƏNCAM
MEDİA və ADA Universiteti gənc jurnalistlər üçün seminarlara başlayıb (FOTO)
Prezident İlham Əliyev: Rusiya Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması üçün çox mühüm rol oynayır
Rusiyada koronavirusa yoluxanların sayı 9,6 milyon nəfəri ötüb
Prezident İlham Əliyev Rusiyanın “Rossiya-1” telekanalına müsahibə verib (VİDEO)
Dövlət Əmək Müfəttişliyi Xidməti beynəlxalq standartın tətbiqinə başlayıb
YAP sıralarına yeni üzv olan gənclərlə görüş keçirilib (VİDEO)
Azərbaycanda istehsal edilən yanacağın qonşu ölkələrə ixracı planlaşdırılır (Özəl)
Ali məktəblərə sınaq imtahanına qeydiyyat başlayıb
İlahiyyat İnstitutunun dekanı beynəlxalq konfransda iştirak edib (FOTO)
Sabah 20 dərəcəyədək isti olacaq
Azərbaycan Üzgüçülük Federasiyasının İcraiyyə Komitəsinin yığıncağı keçirilib (FOTO)
Hotellərdə qiymətlərin artması müşahidə olunur - Hotellər Assosiasiyası
Ermənistanın sabiq müdafiə nazirinin həbs müddəti uzadılıb
Bolqarıstan KİV-də Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçi görüşü geniş işıqlandırılıb
"Omikron" ştammının qlobal yayılma ehtimalı çox yüksəkdir - ÜST
“Peyvənd sertifikatı”nın müddəti nə qədərdir, üçüncü doza vurulmasa, sənəd qüvvədən düşür?
Sahibkarlar üçün “KOB dostu” verilişi başlayır
BMT dünya turizm sektorunun itkilərini proqnozlaşdırıb
İlin sonunadək Neft Emalı Zavodunda modernizasiya işlərinin 90 faizi tamamlana bilər - SOCAR (FOTO)
Masazırda ev yanıb
Qəbələdə Uşaq Reabilitasiya Mərkəzinin tikintisi yekunlaşır
Gələn ay Türkmənistan qazının Azərbaycana tədarükünə başlanılacaq - İranın neft naziri
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Piyadanı vurub öldürən sürücü hadisə yerindən qaçıb
Bakıda əcnəbi vətəndaşı döyərək qarət edən mütəşəkkil dəstə saxlanılıb
Bakı Ali Neft Məktəbinin yaranmasının 10 ili tamam olub
Canni de Byazinin millidəki taleyinə nə vaxt aydınlıq gələcək? - AFFA -dan AÇIQLAMA
2023-cü ildə Azərbaycan Avro-5 standartlı benzin istehsalına başlayacaq
Kazanda Nizami Gəncəvinin 880 illiyi ilə bağlı tədbir keçirilib (FOTO)
Ötən həftə işğaldan azad edilmiş ərazilərdə 37 mina aşkarlanıb
Füzulidə minaya düşən hərbi qulluqçuların son vəziyyəti məlum olub
Mərkəzi Gömrük Hospitalının oftalmoloqu “Korluğun əsas səbəbləri” haqqında məlumat verib
Fermer təsərrüfatlarının fəaliyyətinə dair yeni dövlət standartı qəbul edilib
Avropa və Asiyada qadınlara qarşı zorakılıq hallarının artması müşahidə edilir - BMT rəsmisi
Azərbaycanda yeni "omikron" ştammı aşkarlanmayıb - RƏSMİ
Yaponiya xarici vətəndaşlara viza verilməsini dayandırır
Azərbaycanın qadın zorakılığına qarşı gördüyü işləri təqdirəlayiq hesab edirik - ABŞ səfiri (FOTO)
Soçi görüşü Ermənistanı 10 noyabr bəyanatından yayınmaq imkanlarından məhrum etdi - Deputat
Maliyyə piramidası fırıldağı necə işləyir? - AÇIQLAMA
Azərbaycan Prezidentinin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsi təsis edilib (FOTO)
Həftəsonu yol qəzalarında beş nəfər ölüb
Daha bir məktəbdə əyani tədris bərpa olundu
Gəncə Yaşayış Kompleksinin mənzillərinin təmir nümunələri təqdim olunub
Əkinlərini tez bəyan edən fermerlər subsidiyaları ilin əvvəlində alacaqlar - Nazirlik
Kəlbəcərin İstibulaq kəndi (VİDEO)
Gələn il Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin iclası Azərbaycanda keçiriləcək
Azərbaycan enerji sektorunda İrana kömək edə bilər – İranlı ekspertlərin Aşqabad sammitinə rəyləri
Xarici valyutaların manata qarşı məzənnələri
Bakıda yaşayış binasında yanğın olub
ABŞ-ın sabiq müdafiə naziri Pentaqonu məhkəməyə verib
Ağcabədidə tibb məntəqəsi yanıb
Sumqayıtda mənzildən kişi meyiti tapılıb
Xaçmazda intihara cəhdin qarşısı alınıb
İran və Azərbaycan arasında yükdaşıma-tranzit xərclərinin azaldılması ticarətin inkişafı ilə nəticələnəcək – İranlı rəsmi (ÖZƏL)
Mir Şahinin vaxtı (VİDEO)
Fransada koronavirusun yeni ştammına 8 mümkün yoluxma halı aşkarlanıb
Perudakı güclü zəlzələ nəticəsində 10 nəfər xəsarət alıb
"Brent" markalı neftin qiyməti 75 dolları ötüb
"Omikron" ştammının daha yoluxucu olub-olmadığı hələ məlum deyil - ÜST
Konqoda silahlılar 22 nəfəri qətlə yetirib
Daha bir ölkədə "omikron" ştammına yoluxma qeydə alınıb
G7 ölkələrinin səhiyyə nazirləri fövqəladə iclasa toplaşacaqlar
İsrail xarici turistlər üçün sərhədlərini bağladı
"Formula 1"in "Williams" komandasıının yaradıcısı vəfat edib
Böyük Britaniyada koronavirusun "omikron" ştammına daha bir nəfər yoluxub
İngiltərə Premyer Liqası: “Çelsi” - “Mançester Yunayted” oyununda qalib müəyyənləşməyib
İƏT-in bəyannaməsi Prezident İlham Əliyevin görkəmli liderliyinin simvoludur - Amerikalı ekspert
Milli Məclisin sədri Sahibə Qafarova Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysərlə görüşüb
Türkiyədə son sutkada koronavirusdan 20 007 nəfər sağalıb
Üçtərəfli müqavilə İranın 5 vilayətini qazla təmin edəcək - İran hökumətinin sözçüsü
KTMT ölkələrinin əksəriyyəti Ermənistanın bu təşkilatda olmasına baxmayaraq Azərbaycanı dəstəkləyir - Sergey Markov
Bakıda Batut Gimnastikası yarışlarının təşkilində əməyi olan hər kəsə təşəkkürümü bildirirəm - Migel Visente Marino
Bütün xəbərlər