...

ABŞ Dövlət katibi Ermənistan və Azərbaycanı danışıqlar prosesinə qayıtmağa çağırdı

Siyasət Materials 29 Sentyabr 2020 15:46 (UTC +04:00)
ABŞ Dövlət katibi Ermənistan və Azərbaycanı danışıqlar prosesinə qayıtmağa çağırdı

Bakı. Nərgiz Sadıxova - Trend:

ABŞ Dövlət katibi Mayk Pompeo Ermənistan və Azərbaycanı sentyabrın 27-dən davam edən toqquşmaları dayandırmağa çağırıb.

Trend-in məlumatına görə, M.Pompeo bu çağırışı Yunanıstanın Krit adasına səfəri zamanı edib.

Yunanıstanın Xarici işlər naziri Nikos Dendiasla görüş zamanı ABŞ Dövlət katibi, həmçinin Dağlıq Qarabağ münaqişəsini müzakirə edib:

"Mən və Xarici işlər naziri Dağlıq Qarabağdakı münaqişəni müzakirə etdik. Ermənistan və Azərbaycan hərbi əməliyyatları dayandırmalı, ATƏT-in Minsk qrupunun həmsədrləri ilə işi bərpa etməli tezliklə predmet danışıqlara qayıtmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti