...

ATƏT-in Daimi Şurası Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyəti müzakirə edib

Siyasət Materials 30 Sentyabr 2020 09:25 (UTC +04:00)
ATƏT-in Daimi Şurası Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyəti müzakirə edib

Trend-i buradan izləyin

Bakı. Trend:

Sentyabrın 29-da ATƏT-in Daimi Şurası Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xüsusi iclas keçirib.

Trend-in məlumatına görə, iclasda ATƏT-ə 57 üzv dövlətin nümayəndələri iştirak edib.

İclası açan Daimi Şuranın sədri səfir İqli Həsəni toqquşmaların davam etməsi və təmas xəttindəki vəziyyətin pisləşməsindən narahatlığını bir daha bildirib. Artan itki saylarından narahat olan sədr təcili olaraq vəziyyəti sabitləşdirmək çağırışını təkrarlayıb, ölənlərin və yaralananların ailələrinə və yaxınlarına başsağlığı verib.

Minsk Qrupunun həmsədr ölkələri - Fransa, Rusiya və ABŞ nümayəndələri həmsədrlərin bütün tərəfləri hərbi əməliyyatları dərhal dayandırmaq və münaqişənin davamlı həll yolunu tapmaq üçün danışıqları bərpa etmək barədə çağırışlarını bir daha təsdiqləyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti