Politoloq: Ermənistan feyk-nyuslar yaymaqla öz əməllərini maskalamağa cəhd edir

Politoloq: Ermənistan feyk-nyuslar yaymaqla öz əməllərini maskalamağa cəhd edir

Bakı. Trend:

Sentyabrın 29-da “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələrə həsr olunan verilişdə Azərbaycan Prezidenti İlham Əliyev proqramın aparıcılarının suallarına sistemli, ardıcıl, faktlara əsaslanan cavablar verdi. Cənab Prezidentimiz ölkəmiz üçün önəmli, eyni zamanda taleyüklü bir dövrdə Rusiyanın “Rossiya-1” telekanalı vasitəsilə müsahibə verərək həqiqətləri bir daha böyük auditoriyaya çatdırdı. Prezident İlham Əliyev Rusiya ictimaiyyətini, rusdilli auditoriyanı Ermənistanın təxribatları, işğalçılıq və təcavüz siyasəti haqqında dolğun, eyni zamanda dəqiqliklə məlumatlandırdı.

Hər şeydən öncə o faktı vurğulamaq lazımdır ki, aparıcıların iki dövlətin - Ermənistan və Azərbaycanın dövlət başçılarına olan münasibəti kəskin fərqlənirdi. Belə ki, aparıcı suallara başlamazadan öncə Azərbaycan Prezidentinə müsahibəni verməyə razılaşdığına görə xüsusi təşəkkür edərək başlayıb, sonda üzünü ölkə başçımıza tutaraq ona “Sizə cansağlığı arzulayırıq” deyə müsahibəni olduqca müsbət sonluqla yekunlaşdırması açıq və aydın şəkildə ölkə başçımıza olan xüsusi rəğbətin və hörmətin bariz nümunəsi, sözlərinə və fikirlərinə verilən önəmin növbəti təzahürü idi.

Ölkə başçımızdan fərqli olaraq beynəlxalq ictimaiyyət qarşısında çıxış edərkən indiyədək dəfələrlə rəzil duruma düşən Nikol Paşinyan bu dəfə də öz ənənəsinə sadiq qaldı. Verilişin aparıcılarının sualları qarşısında aciz qalan Ermənistanın baş naziri yenə də çıxışında heç bir fakta əsaslanmayan yalan və uydurmalar söylədi və tək bir sözlə ifadə etsək aparıcılar tərəfindən də “yola verildi”. Bütövlükdə isə iki ölkə başçısı arasında olan müqayisəyə belə gəlməyəcək fərq sadəcə bu proqramda üzə çıxmadı. Bütün dünya birliyi tərəfindən də böyük əks-səda doğuran Münxen Təhlükəsizlik Konfransında da debat zamanı Paşinyana tarix və hüquq dərsi keçən ölkə başçımız onun biləyini bükmüş, kürəyini isə asanlıqla yerə vurmuşdu. Bundan öncə Aşqabatdakı dəyirmi masada, BBC-nin “Hard Talk” proqramında da Paşinyanın siyasətdən və diplomatiyadan nə qədər uzaq olduğu aydın olmuş, dəfələrlə dünya ictimaiyyətinin gözü önündə rəzil və rüsvay duruma düşmüşdü.

Sual-cavab hissəsindən sonra müzakirələrdə iştirak edən siyasi və hərbi ekspertlər də bu iki dövlət başçısı arasında olan uçurumu olduqca tutarlı arqumentlərlə əsaslandırdılar. Belə ki “Natsionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko Azərbaycan və Ermənistan liderlərinin çıxışlarını diqqətlə dinlədiyini və İlham Əliyevin çıxışını şərtsiz olaraq dəqiq, tamamilə məntiqli, düzgün, ardıcıl çıxış kimi dəyərləndirdi və xüsusilə cənab Prezidentin təhsilinə diqqət çəkdi. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun böyük kadrlar yetişdirdiyini qeyd edərkən cənab Prezidentin savadına, intellektinə diqqəti yönəldərək bu İnstitutun, doğrudan da, böyük kadrlar yetişdirdiyini bildirdi. Buradan da əyani surətdə aydın olur ki, ölkə başçımız siyasətin sadəcə empirik hissəsinə deyil, nəzəriyyəsinə də bütün incəliklərinə qədər hakimdir. Çünki ölkə başçımız bu nəhəng siyasət institunun yetişdirməsi olmaqla kifayətlənməyib, eyni zamanda buranı bitirib elmi dərəcəyə yiyələndikdən sonra da nəhəng elm ocağında müəllim kimi çalışaraq savadlı tələbə ordusu yetişdirib.

“Biz hamımız beynəlxalq hüququn tərəfdarıyıq. Beynəlxalq hüquq nöqteyi-nəzərindən, döyüş əməliyyatları Azərbaycanın ərazisində, Azərbaycan hərbi qüvvələri və erməni hərbi birləşmələri arasında aparılır” deyə Korotçenkonun əlavəsi bir neçə aspektdən önəmlidir. Əvvəla, deməli, beynəlxalq birlik yaxşı fərqindədir ki, beynəlxalq hüquq nöqteyi-nəzərdən döyüş əməliyyatları Azərbaycan ərazisində gedir. Daha dəqiq ifadə etsək Azərbaycan silahlı qüvvələri öz beynəlxalq tanınmış sərhədləri çərçivəsində mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün düşmən qüvvələrinə qarşı cavab tədbirləri görür. Bundan əlavə, Korotçenkonun döyüş əməliyyatlarının Azərbaycan hərbi qüvvələri və erməni hərbi birləşmələri arasında aparıldığını vurğulaması Paşinyanın döyüşlərdə Türkiyəni tərəf kimi göstərmək cəhdinin iflasa uğradığından xəbər verir. Çünki Türkiyə münaqişə tərəfi deyil, bu məsələdə sadəcə sabitləşdirici baxımından iştirak edir və başqa heç bir rolu yoxdur. Həmçinin, Türkiyənin münaqişədə iştirakı barədə heç bir sübut yoxdur və buna zərurət də yoxdur. Çünki cənab Prezidentin də haqlı olaraq vurğuladığı kimi Azərbaycan Ordusu öz xalqının və öz ərazisinin müdafiəsini təmin etmək üçün kifayət qədər hazırlıqlıdır.

İndi isə sual-cavab zamanı deyilənlərin mahiyyətinə gəlsək Prezident Əliyev ədalətli olaraq Paşinyanın əsassız arqumentlərini çürütdü və haqlı olaraq vurğuladı ki, peyk, elektron, kəşfiyyat texnologiyalarının müasir inkişaf səviyyəsini nəzərə alsaq, Azərbaycan ərazisinə doğrudan da türk qırıcıları göndərilsəydi bu faktı gizlətmək mümkün olmazdı. Deməli, bu Paşinyanın hayasızcasına olan, yalnız özünün inandığı növbəti yalanıdır. Nəyə görə yalnız özünün inandığı? Çünki Paşinyana artıq öz xalqı da inanmır. Guya xalqın iradəsi ilə hakimiyyətə gələn bu insan elə xalqının ümidlərini çox keçmədən puç etdi, ölkə iqtisadiyyatı tamamilə iflic vəziyyətə düşdü, korrupsiya halları artdı, ölkədə olan-qalan demokratik ab-hava daha da boğuldu, siyasi müxaliflər təqib olunaraq həns olundu və s.

Məsələnin digər tərəfi isə informasiya müharibəsidir. Belə ki, döyüş sadəcə səngərdə deyil, informasiya məkanında da qızğın səviyyədədir. Belə ki, bu meydanda da erməni xisləti öz sözünü deyir.

İnformasiya çağında erməni xəbər maşını bu gün müxtəlif, heç bir əsası olmayan feyk-nyuslar istehsal edir. Bunların da məqsədi aydındır. Birincisi, bu mənfur ölkə öz ərazi bütövlüyünün bərpası vəzifəsini hazırda şərəflə yerinə yetirən Azərbaycan Ordusunun döyüş qabiliyyətini süni şəkildə azaltmaq istəyir. Şiddətli döyüşlər nəticəsində Azərbaycan Ordusunun bir sıra yaşayış məntəqələrini işğaldan azad etməsi, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəklikləri tutması faktı sübut edir ki, Azərbaycanın güclü ordusu var və bu təkzibolunmaz faktdır. Ermənistan tərəfinin bir digər feyk-nyusu olan guya Azərbaycan ordusuna Suriyadan olan muzdluların cəlb olunması məsələsidir ki, bunu birbaşa və qərəzli olaraq erməni təbliğatı ortaya atıb və müxtəlif saytlarda, müxtəlif kütləvi informasiya vasitələrində durmadan dövr etdirir. Azərbaycanın hazırlıqlı ordusu və çox böyük səfərbərlik ehtiyatı mövcuddur. Daha dəqiq ifadə etsək, 2 milyon əhalisi olan Ermənistana qarşı vuruşan 10 milyon əhalidən və 10 minlərlə ehtiyatda olanlardan ibarət orduya malik olan Azərbaycanın buna ehtiyacı belə yoxdur. Suriyadan və Livandan olan terroristləri Dağlıq Qarabağda yerləşdirərək beynəlxalq hüquq normalarını, habelə Cenevrə konvensiyasını kobud şəkildə pozan məhz Ermənistanın özüdür ki, bu cür feyk-nyuslar yaymaqla öz əməllərini maskalamağa cəhd edir.

Bundan əlavə, hal-hazırda Paşinyanın istəyi ondan ibarətdir ki, belə təsəvvür yaratsın ki, münaqişə genişlənir, ona üçüncü ölkələr qoşulur və beləliklə, öz təxribatına haqq qazandırmaq üçün mümkün qədər çox ölkə cəlb etməyə çalışsın.

Çox önəmli və cənab Prezident tərəfindən incəliklə vurğulanan məqam müsahibə zamanı ölkə başçımızın Rusiya kanalı vasitəsilə Paşinyanın şəxsində Ermənistanın rəhbərinin Sorosun əlaltısı olmasını açıqca səsləndirməsidir ki, düşünürəm bu da Paşinyanın simasının açılması baxımından Rusiya üçün də önəmli əhəmiyyət kəsb edir.

Əlbəttə, bu kimi debatlarda və geniş auditoriyalarda bizim birinci silahımız tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanan haqlı mövqeyimizdirsə, ikincisi bu tarixi faktları və haqlı mövqeyimizi geniş auditoriyalara savad və təmkinlə, xarici dillərdə rəvan nitqə malik olmaqla sərbəst şəkildə çatdıran, diplomatik və siyasi cəhətdən püxtələşmiş dövlət başçısına sahib olmağımızdır. Bundan əlavə, bu gün Azərbaycanın həyata keçirdiyi uğurlu layihələrlə dünya birliyi tərəfindən etibarlı tərəfdaş kimi tanındığı halda, çökmüş iqtisadiyyata və öz xalqını səfil həyat tərzinə məruz qoymuş Ermənistanın arasındakı fərqi dünya ictimaiyyəti Paşinyanın simasında bir daha görür.

Ən önəmli fərqlərdən biri də iki xalq arasında olan, uçurum qədər dərin olan fərqdir. Belə ki, bu gün Ermənistanda gənclər ordudan yayındığı və yaxud da postları qoyub qaçdığı halda hər bir Azərbaycan gənci orduya könüllü yazılır, valideyinlər övladları ilə qürur duyur, onları “Vətən sağ olsun” deyərək cəbhəyə yola salır, Azərbaycanda yaşayan və dünyaya səpələnən həmvətənlərimiz Ali Baş Komandana və Azərbaycan Silahlı Qüvvələrinə dəstək nümayiş etdirir, Qarabağ eşqi ilə yaşayır. Heç şübhəsiz ki, tarixi ədalət də, beynəlxalq hüquq da bizim tərəfimizdədir. Düşünürəm ki, Azərbaycan xalqının əzmi isə göz qabağındadır və əlavə sözə ehtiyac da yoxdur. “Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!”

Şəbnəm Həsənova,
Politoloq

“Baktelecom” mətbuat işçilərinin yaşayış binasını optik şəbəkəyə keçirib (FOTO)
“Baktelecom” mətbuat işçilərinin yaşayış binasını optik şəbəkəyə keçirib (FOTO)
Bakcell Qarabağda ən sürətli mobil şəbəkə quraşdıracaq
Bakcell Qarabağda ən sürətli mobil şəbəkə quraşdıracaq
Təxribat xarakterli SMS-lər telefonunuzdakı şəxsi məlumatların oğurlanmasına səbəb ola bilər
Təxribat xarakterli SMS-lər telefonunuzdakı şəxsi məlumatların oğurlanmasına səbəb ola bilər
Loading Bars
Xəbər lenti
Ceyhun Bayramov və ABŞ Dövlət katibinin müavini arasında telefon danışığı olub
Dövlət Komitəsi Azərbaycan diasporuna və dost xalqların diaspor nümayəndələrinə müraciət edib
İşğal etdiyi ərazilərdən çıxmamaq üçün hər yola əl atan Ermənistan rəhbərliyi ağıl və vicdanını itirmiş bir şəkildə hərəkət edir - Türkiyə XİN
Ermənistan Azərbaycanın dinc sakinlərinin ölümünə görə məsuliyyət daşıyır - Türkiyə Prezident Administrasiyası
Fransa prezidenti Emmanuel Makronun erməni kökləri - Elxan Ələsgərovun araşdırması
İran Azərbaycana hərtərəfli şəkildə dəstək verməlidir - İranlı deputat
Ombudsmanın MPQ üzvləri tərəfindən Gəncə şəhər Uşaq Evinə başçəkmə həyata keçirilib (FOTO)
İşğal altında olan meşələrimiz barədə məlumatlar yox dərəcəsindədir - Botanika İnstitutu
Bakı Beynəlxalq Enerji Xartiyası Forumu başa çatıb (FOTO)
Düşmən belə məhv edilir - Azərbaycan Ordusu tarix yazmağa davam edir (VİDEO)
KOBİA-nın tərəfdaşlığı ilə Sosial Sahibkarların Beynəlxalq Forumu keçirilib
Pakistan səfiri ermənilərin Bərdədə törətdiyi terror əməlini pislədi
Tanınmış alimlər Dillər Universitetinə yazırlar: Dualarımız sizinlədir, Qarabağ Azərbaycandır
Ermənistanın vəhşi əməlləri barədə susmaq cinayətkarları növbəti vəhşiliklərə təhrik etməyə bərabərdir - XİN-in bəyanatı
Müvəkkil İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirini qəbul edib (FOTO)
Oktyabrın 29-da manatın dollara qarşı məzənnəsi
Bərdədə ölən və yaralananlar arasında uşaqlar da var - Baş həkim
MDU rektoru "Əsgərə məktub" layihəsinə qoşulub (FOTO)
Giriş-çıxışın dayandırıldığı şəhər və rayonların sayı artırıldı
Azərbaycanda xüsusi karantin rejimi uzadıldı
Ermənistan ordusu atəşkəs razılaşmalarını pozmaqla mülki şəxslərin soyqırımına davam edir - TMMN
İran Bərdəyə hücumu kəskin şəkildə pislədi
Bərdəyə hücum bir daha Ermənistanın terrorçu mahiyyətini təsdiq edir - Türkiyə Milli Müdafiə Nazirliyi
26 iaşə obyektində koronavirusla bağlı qaydalara əməl olunmadığı aşkarlandı
Cinayətkar Ermənistan rəhbərliyi mülki əhalimizə qarşı terrorun cavabını ağır ödəyəcək - Deputat
Prezident İlham Əliyev: Zəngilan, Füzuli, Cəbrayıl və Qubadlının bir neçə kəndi işğaldan azad edildi
TİKA Azərbaycanın işğaldan azad olunmuş rayonlarında KOB sektorunun inkişafında və məşğulluğun artırılmasında maraqlıdır
Söz azadlığından danışan Fransada erməni lobbisinin bu azadlığı boğması qəbuledilməzdir - Politoloq
Prezident İlham Əliyev: Bərdə sakinlərinin qisası yerdə qalmayacaq
Ermənilər Tərtəri yenidən qrad atəşinə tutub
Azərbaycanda son sutkada 988 nəfər COVID-19-a yoluxub, 340 nəfər sağalıb, 11 nəfər vəfat edib
Daxili Qoşunların hərbi qulluqçuları Bərdəyə göndərildi - DİN
“Həkimlərimizi tanıyın!” - həkim-dermatoveneroloq Dr. Sevinc Kərimova
Bərdədə ölənlər arasında FHN-in əməkdaşı da var
Bərdədə ölənlərin sayı 21 oldu, 70 yaralı var (ƏLAVƏ OLUNUB) (FOTO)
Düşmən Zəngilanda diversiyaya cəhd etdi, hamısı məhv edildi (VİDEO)
Astarada evini tərk edən COVİD-19 xəstəsi mağazada saxlanıldı
Bərdənin qisası alınır: Erməni hərbçiləri belə məhv edilir (VİDEO)
Mərkəzi Gömrük Hospitalında Patomorfoloji diaqnostika şöbəsi yaradılıb
Düşmən Tərtər rayonunun ərazisini yenidən atəşə tutub
Azərbaycan "Facebook" şirkətinə müraciət edib
Gəncədə koronavirusla bağlı qərargah maarifləndirmə tədbirlərini davam etdirir
Tibb işçilərini Dağlıq Qarabağda zorakılıqdan qorumaq vacibdir - ÜST
İranda sutka ərzində koronavirusdan 415 nəfər dünyasını dəyişib
Bərdədə ölənlərin hər biri günahsız insanlardır - Hikmət Hacıyev
Bərdədə erməni terroru törədilən ərazidə son vəziyyət - VİDEO
Bərdədə erməni terroru olan ərazidə xilasetmə işləri davam etdirilir - FHN
Düşmən dezinformasiya yaymaqla törətdiyi hərbi cinayətlərdən diqqəti yayındırmağa çalışır - Müdafiə Nazirliyi
Ermənistan mülki insanlarımıza hücumları davam etdirsə, lazımi tədbirlər görüləcək - Prezidentinin köməkçisi
Hikmət Hacıyev hərbi atteşeləri Bərdəyə səfər etməyə çağırıb
Ermənistan Dağlıq Qarabağda həlak olan hərbçilərinin sayını açıqlayıb
Bərdəyə kasetli bombadan hücum Azərbaycan xalqına qarşı növbəti soyqırımdır - Hikmət Hacıyev
Bakı Beynəlxalq Enerji Xartiyası Forumu öz işinə başlayıb (FOTO)
Goranboy və Tərtər rayonlarının ərazisi atəşə tutulur
Ermənistan Bərdəyə hücumla beynəlxalq humanitar hüququ kobudcasına pozur - Qazaxıstan səfiri
Zəngilandakı məscidin tövlə kimi istifadə edilməsi islam dünyası üçün təhqirdir - Anar Kərimov
Bərdəyə hücum bəşəriyyətə qarşı cinayətdir - XİN
Dağlıq Qarabağda tarixi abidələrin dağıdılması bu ərazilərdə azərbaycanlıların mədəni kimliyinin itirilməsi məqsədi güdür - Anar Kərimov
Ermənistanın Azərbaycanda yaşayış məntəqələrinə hücumu bəşəriyyətə qarşı atılan addımdır - Hikmət Hacıyev
Bu gün Bərdəyə atılan raketlərin qalıqları (FOTO)
Qarabağ Türkiyə üçün qırmızı xətdir və bu məsələdə heç kimə güzəşt etməyəcəyik - Ərdoğan
Koreyada erməni vandalizminə qarşı etiraz aksiyası keçirilib (FOTO)
Şəhid ailələri və müharibə əlillərinə ev verilib (FOTO)
Azərbaycan Avropa Məhkəməsinə müraciət edərək, Ermənistan barəsində təminat tədbirlərinin tətbiq olunmasını tələb edib - Fuad Ələsgərov
Düşmən Bərdə şəhərini yenidən raket hücumu edib (ƏLAVƏ OLUNUB) (FOTO/VİDEO)
Ermənistanın müharibə cinayətləri şiddətlə qınanmalıdır - Hikmət Hacıyev - (ƏLAVƏ OLUNUB)
Rostovu qorxu altında saxlayan Melkumyanlar - Rusiya KİV
Azərbaycan Ordusu mülki əhalini heç vaxt hədəf almır - MN
Dünya uşaq qatili ermənilərin əməllərinə susmamalıdır - Pərvin Kərimzadə
Azərbaycan atmosferə zərərli tullantıların azaldılması üçün mühüm addımlar atır - Nazir
Ceyhun Bayramov İran Prezidentinin xüsusi elçisi ilə görüşüb (FOTO)
Sabah arabir yağış yağacaq, külək əsəcək
İlahiyyat İnstitutunun müəllimi Beynəlxalq Simpoziumda onlayn iştirak edib
Prezident İlham Əliyev: Azərbaycan-Türkiyə birliyi və strateji müttəfiqliyi birgə səylərimizlə bu gün ən yüksək səviyyədədir
Ermənistan təkcə Azərbaycanın deyil, bütün regionun enerji təhlükəsizliyinə təhdiddir - Energetika naziri
Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik edib
“Baktelecom” mətbuat işçilərinin yaşayış binasını optik şəbəkəyə keçirib (FOTO)
Bu gün yayılan videolardan da aydın görünür ki, Bərdədə törədilən qətliamın qisası layiqincə alınıb - Deputat (VİDEO)
Yeni Zelandiya ictimaiyyəti erməni təcavüzü barədə məlumatlandırılır (FOTO)
Türkiyə Azərbaycanın yanında olmaqda davam edəcək - Mustafa Şentop
Məktəblərdə işğaldan azad olunan ərazilər haqqında bülletenlər hazırlanacaq
Azərbaycanda yaşı 100-dən çox olanların sayı açıqlandı
Polis əhaliyə müraciət edib: Ehtiyatı əldən verməməli, ayıq-sayıq olmalıyıq
Edinburq şəhərində Gəncə terroru pislənib
Prezident İlham Əliyev Rusiyanın İnterfaks agentliyinə müsahibə verib (FOTO)
Azərbaycanda qızıl bahalaşıb
Yeni Susay-Xınalıq avtomobil yolunda tikinti işləri aparılır (FOTO)
Müdafiə Nazirliyi rəsmi sosial şəbəkə hesablarını paylaşıb
Rusiyada bir gündə 346 nəfər koronavirusdan öldü
Bərdədə erməni terroru nəticəsində ölən 7 yaşlı Aysu dəfn olunub (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)
Paşinyan döyüş meydanında qalan hərbçilərinin meyitlərini götürməkdən qorxur - Ekspert
Bərdənin qisası alındı - Düşmənin xeyli sayda hərbi texnikası və canlı qüvvəsi məhv edilib (VİDEO)
ADU-nun Konfutsi İnstitutu Sumqayıtda onlayn tədbir keçirilib
Azərbaycan nefti bahalaşıb
Düşmən Tərtər rayonunun ərazisini raket atəşinə məruz qoyub
Əsirlikdə olan vətəndaşlarının taleyi, həlak olanların meyitləri Ermənistanı maraqlandırmır - Qafqazşünaslıq İnstitutu
Erməni təxribatı nəticəsində ölən mülki şəxslərin sayı 69-a çatdı
Ermənistanda daha 2 241 nəfər koronavirusa yoluxdu, 21 nəfər öldü
Belarusun Azərbaycandakı səfiri Gəncəyə gəlib (FOTO)
Ordumuza məxsus PUA vurulmayıb - MN
Bütün xəbərlər