...

Sahibə Qafarova Küveytin Azərbaycandakı səfirliyində olub

Siyasət Materials 1 Oktyabr 2020 16:57 (UTC +04:00)
Sahibə Qafarova Küveytin Azərbaycandakı səfirliyində olub

Bakı. Elçin Mehdiyev - Trend:

Oktyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova Küveyt Dövlətinin Azərbaycan Respublikasındakı səfirliyində olub.

Parlamentdən Trend-ə verilən məlumata görə, Milli Məclisin Sədri Küveyt Dövlətinin Əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın vəfatı ilə əlaqədar Azərbaycan dövləti və xalqı adından başsağlığı verib, matəm kitabına ürək sözlərini yazıb.

Sahibə Qafarova Küveyt Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi ilə söhbət edib, ona başsağlığı verib.

Səfir Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi Azərbaycan Respublikasının rəhbərliyinə və xalqına minnətdarlıq ifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti