Bakı. Samir Əli - Trend:
Ordumuzun qətiyyətli əks-hücum əməliyyatları davam edir.
Trend-in məlumatına görə, bunu Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.
Onun sözlərinə görə, düşmənin daha 10-dək tankı, 30-dək avtomobil texnikası və xeyli canlı qüvvəsi məhv edilib:
A.Eyvazov bildirib ki, düşmənin hərbi qulluqçuları döyüş meydanını özbaşına tərk edərək fərarilik ediblər.