...

Tamam Cəfərova: Ermənistan dövləti faşist və təcavüzkar xislətini bir daha sübut edir

Siyasət Materials 12 Oktyabr 2020 11:13 (UTC +04:00)
Tamam Cəfərova: Ermənistan dövləti faşist və təcavüzkar xislətini  bir daha sübut edir

Bakı. Trend:

Ermənistanın Gəncəni raket atəşinə tutması həm də onu göstərir ki, işğalçı ölkə əvvəlki illərdə olduğu kimi yenə də dünya ictimaiyyətinin çağırışlarını heçə sayır, bütün beynəlxalq konvensiyaları kobud şəkildə pozmaqda davam edir. Bunun isə tək səbəbi indiyə kimi Ermənistanın cəzasız qalması və işğalçı ölkəyə qarşı hər hansı bir beynəlxalq sanksiyanın tətbiq olunmamasıdır.

Bunu Trend-ə açıqlamasında millət vəkili Tamam Cəfərova deyib.

Ermənistan ordusu humanitar atəşkəsə qəti şəkildə riayət etmir, cəbhə bölgəsində hərbi əməliyyatları davam etdirməyə çalışır, Azərbaycanın Gəncə, Mingəçevir, Tərtər, Ağdam və digər yaşayış məntəqələrini, mülki əhalini intensiv raket atəşinə tutmaqda davam edir. Dünən gecə Azərbaycanın ikinci ən böyük və 500 mindən çox əhalisi olan, cəbhə xəttindən 80 km uzaqlıqda yerləşən Gəncə şəhəri Ermənistanın siyasi və hərbi rəhbərliyinin əmri ilə raket atəşinə tutulması Ermənistan dövlətinin faşist və təcavüzkar xislətini bir daha sübut edir.

Deputat qeyd etmişdir ki, Ermənistanın bu barbar və vəhşi hücumu nəticəsində 3 yaşayış binası dağılıb, 9 mülki şəxs ölüb və 33-dən çoxu yaralanıb. Ölənlər arasında uşaq və qadınlar da var. Ermənistanın bu cinayəti dinc və günahsız azərbaycanlılara qarşı törədilən və Xocalıdan sonra növbəti soyqırımı aktıdır. Bu, müharibə cinayətidir və mülki insanlara qarşı soyqırımıdır. Atəşkəsin elan olunmasından sonra Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı açıq hücum etməsi və onlarla insanı öldürməsi və yaralaması tarixdə görünməmiş bir alçaqlıq və cinayətdir. Ermənistan bu cinayət əməli ilə bir daha sübut etdi ki, o heç zaman əldə olunan razılaşmaya, imzaladığı sənədə əməl etməyib. Nə qədər ki, beynəlxalq içtimaiyyətdə hələ də ikili standartlar davam edir, bəzi ermənipərəst dövlətlər Ermənistanı açıqca dəstəkləyir, bu cinayətlər davam edəcək. Necəki, Azərbaycana qarşı 1990-cı illərdən faktiki olaraq başlayan soyqırım siyasəti bu gün də davam edir. Dünyanın beynəlxalq hüquqa, xüsusilə humanitar hüquqa , insani dəyərlərə hörmət edən dövlətlərini Emənistanın bütün dünya qarşısında bu qədər açıq və birmənalı şəkildə müharibə cinayəti törətməsinə laqeyd qalmamalıdır.

Beynəlxalq ictimaiyyəti, xüsusilə BMT, ATƏT və diğər beynəlxalq təşkiatları çoxlu sayda günahsız uşaq və qadını qətlə yetirən Ermənistana qarşı ciddi addımlar atmağa, təcavüzkarı durdurmağa və bu vəhşiliyi, bu vandalizm aktını qəti şəkildə pisləməyə çağırırıq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti