...

Ceyhun Bayramov beynəlxalq təşkilatların rəhbərlərinə Gəncə terroru barədə məlumat verib

Siyasət Materials 17 Oktyabr 2020 15:09 (UTC +04:00)
Ceyhun Bayramov beynəlxalq təşkilatların rəhbərlərinə Gəncə terroru barədə məlumat verib

Bakı. Trend:

Bu ilin 17 oktyabr tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərinin növbəti dəfə raket atəşinə tutulması dinc əhalinin, mülki infrastrukturun hədəfə alınması ilə bağlı Xarici İşlər naziri Ceyhun Bayramov beynəlxalq təşkilatların rəhbərləri və xarici dövlətlərdəki həmkarları ilə əlaqə yaradıb.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, nazir Ermənistan tərəfinin yenidən törətdiyi müharibə cinayəti və insanlıq əleyhinə cinayət nəticəsində azərbaycanlı mülki əhali arasında çoxsaylı itkilərin və yaralıların olması ilə əlaqədar qarşı tərəfə məlumat verib.

Şiddətlə qınadığımız bu qanlı cinayətin bütün məsuliyyətinin Ermənistanın üzərində olduğu qarşı tərəfin diqqətinə çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti