...

Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin mahiyyətinə qayıtmağa hazırdır - ABŞ-ın NATO-dakı səfiri

Siyasət Materials 22 Oktyabr 2020 14:25 (UTC +04:00)

Bakı. Nərgiz Sadıxova - Trend:

ATƏT Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin mahiyyətinə, yəni Azərbaycanın suveren sərhədlərinin harada başlayıb və bitməsi, bu sərhədlər çərçivəsində erməni əhalinin necə yerləşdirilməsi məsələsinə qayıtmağa hazırdır.

Trend-in məlumatına görə, bunu ABŞ-ın NATO-dakı səfiri Key Beyli Hatçison deyib.

O bildirib ki, NATO ABŞ-ın da, Rusiyanın da etdiyini, yəni Dağlıq Qarabağda münaqişəni dayandırmağa çalışır:

“Bildiyim qədər, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Vaşinqtona səfər etməyə hazırlaşır. Vaşinqtonda görüş planı zorakılığı dayandırmağı müzakirə etmək üçün vasitədir. Bu münaqişəni hərbi yolla həll etmək mümkün deyil. Bu problemi sərhədlər və suverenlik məsələləri çərçivəsində həll etmək lazımdır. Biz buna can atırıq, Rusiya da Fransa kimi buna təkid edir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti