...

Azərbaycan dinc yolla icra olunmayan beynəlxalq qətnamələri hərbi yolla özü icra edir - Hərbi konfliktoloq

Siyasət Materials 26 Oktyabr 2020 15:36 (UTC +04:00)
Azərbaycan dinc yolla icra olunmayan beynəlxalq qətnamələri hərbi yolla özü icra edir - Hərbi konfliktoloq

Bakı. Trend:

Azərbaycan ermənilərin dinc yolla icra etmədikləri beynəlxalq qərar və qətnamələri hərbi yolla özü icra edir.

Trend-in məlumatına görə, bunu rusiyalı hərbi konfliktoloq Aleksandr Lifanov deyib.

O bildirib ki, son 25 il ərzində Azərbaycan öz hərbi gücünü artırıb: “İndi azərbaycanlıların çox güclü motivasiyası var. Onlar üçün bu, milli-azadlıq müharibəsidir”.

Ekspert qeyd edib ki, münaqişə onilliklər boyunca dondurulmuş qalıb və bu amil erməniləri tam qane edib. Nəticədə Minsk qrupunun konstruktiv təklifləri Ermənistan tərəfindən qulaqardına vurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti