...

Tarixi, mədəni irsin sahibləri öz torpaqlarına qayıtmalıdır - İSESKO-nun baş direktoru

Siyasət Materials 10 Noyabr 2020 15:12 (UTC +04:00)
Tarixi, mədəni irsin sahibləri öz torpaqlarına qayıtmalıdır - İSESKO-nun baş direktoru

Bakı. Elçin Mehdiyev - Trend:

Qarabağ bölgəsində Azərbaycanın məscid və dini mərkəzləri hücuma məruz qalıb. Beynəlxalq təşkilatlar tərəfindən qərarlar qəbul edilsə də qarşı tərəf buna məhəl qoymayıb.

Trend-in məlumatına görə, bunu İSESKO-nun baş direktoru Salem bin Məhəmməd əl-Maliki "Müasir dünyanın problemləri: nifrətə çağırış, terror, ekstremizm, İslamafobiya və Ermənistanın Azərbaycana qarşı təcavüzü" mövzusunda keçirilən onlayn beynəlxalq konfransda deyib.

O qeyd edib ki, tarixi, mədəni irsin sahibləri öz torpaqlarına qayıtmalıdır: “Azərbaycan Qərblə Şərq arasında təhlükəsiz və qürurlu məkandan ibarətdir. Azərbaycanın bir sıra təşəbbüsləri dünya birliyi tərəfindən alqışla qarşılanıb. Sülhün bərqərar edilməsində Azərbaycanın sülh şəraitində yaşamasının çox böyük töhfəsi olacaq. Azərbaycan Prezidenti və xalqına sülhü bərqərar etməyi diləyirəm”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti