...

Bütün dünya Qarabağın Azərbaycana məxsus olduğunu tanıyır - Pakistanın baş naziri

Siyasət Materials 16 Noyabr 2020 12:58 (UTC +04:00)
Bütün dünya Qarabağın Azərbaycana məxsus olduğunu tanıyır - Pakistanın baş naziri

Bakı. Trend:

Bütün dünya Qarabağın Azərbaycana məxsus olduğunu tanıyır.

Trend-in məlumatına görə, bunu Pakistanın baş naziri İmran Xan bu ölkənin yerli televiziya kanalına verdiyi müsahibəsində deyib.

O, qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri nümunəvi şücaət göstərib.

Baş nazir Dağlıq Qarabağın mübahisəli ərazi olmadığını, bütün dünyanın Qarabağın Azərbaycana məxsus olduğunu tanıdığını, Azərbaycanlıların öz əzəli torpaqlarını geri qaytardığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti