...

Azərbaycan Əfqanıstanda səfirlik açır - Milli Məclis təsdiq etdi (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 30 Dekabr 2020 11:10 (UTC +04:00)
Azərbaycan Əfqanıstanda səfirlik açır - Milli Məclis təsdiq etdi (ƏLAVƏ OLUNUB)

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan daha bir ölkədə səfirlik təsis edir. Trend-in məlumatına görə, bununla bağlı məsələ bu gün Milli Məclisin iclasında müzakirə edilib.

Deputatlar “Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında (Kabil şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsini müakirə edib.

Qeyd edilib ki, Əfqanıstan daim Azərbaycanın haqlı mövqeyini dəstəkləyib, iki ölkə arasında sıx münasibətlər var və səfirliyin açılması bu əlaqələrin daha da inkişafına səbəb olacaq.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qəbul edilib.

X X X

Azərbaycan Əfqanıstanda səfirlik açır.

Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçiriləcək iclasının gündəliyinə dəyişiklik edilib.

Gündəliyə “Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında (Kabil şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti