...

Horadiz-Ağbənd dəmir yolu xətti regionda etimad mühitinin yaradılmasında mühüm rol oynayacaq - Komitə sədri

Siyasət Materials 18 Fevral 2021 17:43 (UTC +04:00)
Horadiz-Ağbənd dəmir yolu xətti regionda etimad mühitinin yaradılmasında mühüm rol oynayacaq - Komitə sədri

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan, Rusiya və Ermənistan tərəfindən 10 noyabr 2020 - ci ildə imzalanan birgə bəyanatda nəqliyyat və dəmir yolu çəkilişi ilə əlaqədar əks olunan müddəalar çox əhəmiyyətlidir və nəinki bu üç dövlətin, eləcə də Türkiyə, İran və Gürcüstan respublikalarının iqtisadi inkişafı üçün geniş imkanlar yaradır.

Bunu Trend-ə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu günlərdə təməli qoyulan Horadiz - Ağbənd dəmir yolu xətti, ilk növbədə ölkəmiz üçün strateji önəm daşıyaraq, Naxçıvanla respublikamızın əsas hissəsi arasında birbaşa bağlantı yaratmaqla geniş perspektivlərə hesablanıb:

“Bu xətt regionda sabitlik, etimad və əməkdaşlıq mühitinin yaradılmasında mühüm rol oynayacaqdır. Bakı - Tbilisi - Qars dəmir yolundan sonra bölgədə ikinci dəmir yolunun çəkilməsi çox mühüm strateji əhəmiyyətə malikdir. Təməlqoyma mərasimində ölkəmizin rəhbərinin qeyd etdiyi kimi: “Bölgə ölkələri bu yolun tikintisinə də çox böyük maraqla yanaşırlar. Demək olar ki, bizim bölgəmizdə yerləşən ölkələr bu layihəyə öz müsbət qiymətini vermişlər”.

Komitə sədrinin fikrincə, altı dövlətin iqtisadi inkişafına, dostluq və əməkdaşlığına xidmət edəcək dəmir yolunun çəkilişinin sürətləndirilməsi hər bir dövlətin diqqət mərkəzində olmalı, ölkələrin tranzit imkanlarını genişləndirən, xalqların təhlükəsizliyinə, rahat həyatına, regionda sabitliyin yaradılmasına hesablanan bu layihənin müvəffəqiyyətlə həyata keçirilməsi üçün imkanlar səfərbər edilməli, qüvvələr birləşdirilməlidir:

“Bu regionda strateji məqsədlərin həyata keçirilməsi üçün vacibdir və Azərbaycanın iqtisadi imkanlarının genişlənməsi və mühüm mövqeyə malik olmasından ötrü çox qiymətlidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti