...

Ukrayna mətbuatı Prezident İlham Əliyevin mətbuat konfransını geniş işıqlandırıb (FOTO)

Siyasət Materials 1 Mart 2021 23:04 (UTC +04:00)
Ukrayna mətbuatı Prezident İlham Əliyevin mətbuat konfransını geniş işıqlandırıb (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Ukraynanın nüfuzlu xəbər portalları Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı barədə məqalələri geniş dərc edib.

Trend xəbər verir ki, Ukraynanın “tsn.ua”, “dialog.ua”, “podrobnosti.ua”, “korrespondent.ua”, “polemika.ua” və digər xəbər portalları Prezident İlham Əliyevin mətbuat konfransında səsləndirdiyi fikirlərə geniş yer ayırıb.

Məqalələrdə dövlətimizin başçısının Azərbaycan və Ukrayna arasında əməkdaşlıq, Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərdə uğurlu hərbi əməliyyatları, Ermənistanın verdiyi böyük itkilər barədə açıqlamaları da öz əksini tapıb.

Bundan başqa işğaldan azad olunan ərazilərdə Azərbaycanın yeni beynəlxalq hava limanlarının tikintisinə başlaması, Azərbaycanda yeganə rəsmi dil Azərbaycan dili olduğundan, bunun Qarabağ bölgəsində də tətbiq ediləcəyinə dair ölkə başçısının fikirləri də Ukrayna mətbuatında yer alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti