...

BQXK Qarabağ münaqişəsində itkin düşmüş şəxslərlə bağlı işləri davam etdirəcək

Siyasət Materials 13 Mart 2021 11:47 (UTC +04:00)
BQXK Qarabağ münaqişəsində itkin düşmüş şəxslərlə bağlı işləri davam etdirəcək

Trend-i buradan izləyin

Bakı. Nərgiz Sadıxova, tərcümə Orxan Nəbiyev - Trend:

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş şəxslərin taleyinin müəyyən ounması ilə bağlı işləri davam etdirəcək.

Bunu Trend-ə BQXK-nin Bakıdakı nümayəndəliyinin rəhbəri Arian Bauer deyib.

Onun sözlərinə görə, müstəqil və neytral humanitar təşkilat olaraq BQXK münaqişə nəticəsində zərər çəkmiş şəxslərə kömək göstərməyə çalışır və beynəlxalq humanitar hüquq normalarına əməl olunması üçün əlindən gələni edir:

"Bu il də biz bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik. Biz münaqişənin təsir etdiyi bölgələrdə işləyirik və insanların təhlükəsizliyinin artmasına, iqtisadi və psixoloji sabitliyin təmin olunmasına çalışırıq".

O bildirib ki, BQXK-nin əsas tərəfdaşı olan Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə əməkdaşlıq çox vacibdir:

"Əməkdaşlar və könüllülər ehtiyacı olan şəxslərə kömək göstərilməsində vacib rol oynayır. Biz həm də münaqişə ilə əlaqədar saxlanan şəxslərə də baş çəkəcəyik. Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə əməkdaşlıq fəaliyyətimizin daha bir aspektidir".

A.Bauer əlavə edib ki, bu əməkdaşlıq çərçivəsində BQXK Komissiya ilə birgə itkin düşmüş şəxslərin ailə üzvlərindən bioloji nümunələr götürür:

"Bu nümunələrdən əldə olunan DNT profilləri şəxsiyyətin müəyyənləşdirilməsi prosesində istifadə oluna bilər".

Xəbər lenti

Xəbər lenti