...

Terror, soyqırımı törədənlər hər zaman ermənilər olub - Tarixçi alim

Siyasət Materials 1 Aprel 2021 10:11 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

İndiyədək elə bir fakt olmayıb ki, ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş amansız cinayətlərin günahkarı məhz azərbaycanlılar olsun, baş verən cinayətlər azərbaycanlıların ermənilərə qarşı ədavət hissi bəsləməsini və cinayət aktına məhz azərbaycanlıların başlamasını təsdiq etsin.

Bunu Trend-ə AMEA Qafqazşünaslıq İnstitutu Ermənişünaslıq şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Qasım Hacıyev deyib.

Onun sözlərinə görə, şübhə yoxdur ki, separatçılığı, terroru, kütləvi qırğını, soyqırımı törədənlər hər zaman ermənilər olublar:

"Təhlillər göstərir ki, ermənilər birgə və qonşuluğunda yaşadığı hər hansı bir xalqın irsinə, kimliyinə, ənənəsinə, maddi və mənəvi mədəniyyətinə hörmətlə yanaşmayıblar. Monoetnik dövlət yaradan ermənilərin tolerantlığa yanaşması Azərbaycan dövləti ilə müqayisəyə gəlməyəcək qədər fərqlidir".

Alim əlavə edib ki, terrorizmdə “ad qazanmış” ermənilərin sığındıqları “məzlumluq” imici, “zərbə altında qalmış xristian” hiyləsi bu millətin artıq yaşam tərzinə çevrilib. Bu xarakter – ermənilik dəfələrlə öz təsdiqini tapıb.

Q.Hacıyev bildirib ki, Rusiya imperiyasının hesabına ermənilər heç vaxt aid olmadıqları bir ərazidə erməni dövlətinə malik olublar:

Onun sözlərinə görə, XIX əsrin əvvəllərindən ermənilərin Azərbaycan torpaqlarına köçürülməsində iki əsas məqsəd güdülürdü. Birincisi, Rusiyanın isti dənizlərə çıxmaq siyasəti və bunun üçün Cənubi Qafqazda möhkəmlənmək idi. Bununla da Baltik dənizi, Qara dəniz və şimal dənizlərdə möhkəmlənmiş Rusiya imperiyası isti dənizlərə çıxış əldə edir, “Şərq siyasəti”ni həll etmiş olurdu. Bu zaman ortaya atılmış “erməni məsələsi”ni də həll etməklə iki məsələ birlikdə həllini tapırdı:

"Qacarlar İran ilə Rus imperiyası arasında baş vermiş müharibənin sonunda imzalanmış "Gülüstan" və "Türkmənçay" müqavilələri əsasında Azərbaycan iki hissəyə bölündü. Ermənilər İran və Osmanlıdan Şimali Azərbaycan ərazilərinə köçürüldü. Köçürülüb məskunlaşdırılmış ermənilər XX əsrin əvvəllərindən etibarən yerləşdikləri əraziləri genişləndirmək məqsədilə cəhdlər göstərdilər. Böyük dövlətlərin köməyinə arxalanan ermənilər onlar üçün dövlət rolu oynayan Qriqoryan kilsəsi, XIX əsrin sonlarında yaratdıqları partiyalar və erməni diaspor təşkilatlarının rəhbərliyi altında ərazi məsələsinə dair “uzaqgörən” planlarını həyata keçirməyə başladılar. Qarabağ bölgəsində silahlandırılmış ermənilər 1905-1906-cı illərdə azərbaycanlılara qarşı kütləvi qırğın törətdilər. Bundan sonra etnik təmizləmə məqsədilə tədbirlərə başladılar".

Q.Hacıyev əlavə edib ki, azərbaycanlılar bu məqsədlə uydurma tarix, əsassız ərazi iddiaları ilə azərbaycanlılar öz doğma torpaqlarında sıxışdırıldı. 1918-ci ildə I Dünya müharibəsindən qayıdan ermənilər mart-aprel aylarında ruslardan aldıqları silahlarla azərbaycanlılara qarşı soyqırımı törətdilər. Bolşevik donuna girmiş daşnak Şaumyanın 10 minlik bolşevik ordusu və Andranik, Nijde, Dro, Amazasp, Əmiryan və digərlərinin quldur dəstələri Azərbaycanın müxtəlif bölgələrində soyqırımılar həyata keçirdilər. Azərbaycanın Bakı, Naxçıvan, Zəngəzur, Qarabağ, Kürdəmir, Səlyan, Neftçala, Göyçay, Şamaxı, Quba kimi şəhər və bölgələrində minlərlə azərbaycanlı ermənilərin törətdiyi soyqırımına məruz qaldı:

"AXC-nin yaratdığı dövlət istintaq komissiyasının bu soqrımla bağlı nəticələri toplandı. Təəsüf ki, hadisəyə nə siyasi, nə də hüquqi qiymət verildi. Cəmi bir dəfə bu soyqırımının ildönümü qeyd edildi. Yalnız əsrin sonlarında - ulu öndər Heydər Əliyevin 1998-ci il 26 mart sərəncamı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi qəbul edildi. Araşdırmalar göstərir ki, Azərbaycan torpaqlarında yaşayış yeri tapan, bir sıra dövlətlərin köməkliyi ilə özlərinə özgə torpaqlarında dövlət yaradan ermənilər bir qayda olaraq sığındığı dövlətə və xalqa hər zaman xəyanət ediblər".

Q.Hacıyev deyib ki, ermənilərin illərlə qonşuluğunda yaşadığı, hər bir şəraiti və imkanlarından bəhrələndiyi xalqa qarşı hiyləgərlik və amansızlıq etdiyi danılmaz həqiqətdir. Miflər, uydurmalar və saxtakarlıqlarla irs yaradan, yalanı, hiyləni, böhtanı yaşam tərzi kimi seçən ermənilər hər zaman əsassız iddialarla qonşu dövlət və xalqların həyatına, yaşamına, maddi və mənəvi dünyasına ağır zərbə vurub:

"Tarixi müşahidələr göctərir ki, emənilərin I Dünya müharibəsinin sonunda müxtəlif üsullarla ələ keçirdikləri silahlarla azərbaycanlılara qarşı törətdikləri soyqırımılar zamanı etdikləri amansızlıqların icra üsulları çox dəhşətlidir. Qarabağdakı Şuşa faciəsi (hiyləgərliklə), Umudlu faciəsi (hiyləgərliklə), Yaycı faciəsi (hiyləgərliklə), Şamaxı faciəsi (hiyləgərliklə), Lənkəran (hiyləgərliklə) kimi faciələr bəşəri qanun-qaydalara, insanlığa sığmayan dəhşətlərdir. Bütün bunları və Xocalı soyqırımını törədənlərin genosiddən, ədalətsizlikdən danışmağa haqqı varmı?! Düşünürəm ki, bu qədər hiylə və amansızlıqdan sonra belə bir qonşu ilə qonşuluqda yaşamaq qismətimizdə olsa belə, ona inanmaq, etibar etmək olmaz".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti